Page 280 - Islamic Studies 06
P. 280
Nəhcül-bəlağədə vəhdət prinsipi
Xədicə Babayeva
Abstrakt
Vəhdət və birlik hər bir cəmiyyətin dayağı, sütunu sayılır.
Əgər bir toplumun fərdləri təfriqəyə, ayrılığıa düçar olarsa,
onun fundamenti bir-birinə dəyər və hərc-mərcliyə düşər. Bir
parça olan və nizamlı bir cəmiyyət hər bir saleh və azad
düşüncəli insanın arzusudur. Əgər millətlərin tarixinə ötəri bir
nəzər salsaq, görəcəyik ki, fərdləri bir olan, bir yerdə iş görən
toplum izzətli və iftixarlı olmuşdur. Həzrət Əli (ə) keçən
ümmətlərin izzətinin, iftixarının, xoşbəxtliyinin ən böyük
amilinin birlik və ittifaq, məğlubiyyətlərinin, zillətlərinin,
süqutlarının ən üstün amilinin isə təfriqə və ayrılıq olduğunu
deyir.
Açar sözlər: Nəhcül-bəlağə, vəhdət, birlik, qardaşlıq