Page 286 - Islamic Studies 06
P. 286
İslamda xoşbəxt ailə strukturu./. 285
baxın. Təfriqəyə, pərakəndəliyə üz tutduqları zaman
aralarındakı ülfət və dostluq aradan getdi. Sözləri və baxışları
müxtəlif, qəlbləri bir-birindən ayrı idi, cürbəcür qruplara
bölündülər və təfriqə ilə bir-birinin müqabilində dayandılar.
Allah da kəramət, böyüklür, ağalıq libasını və əllərindəki
nemətləri onlardan aldı, problemləri ilə üzbəüz qoydu.”
Daha sonra, təfriqənin ümmətin fundamentini sındırdığına
işarə edərək, tövsiyə edir: “Ümmətin fundamental sütununu
sındıran, onun qüdrət və bünövrəsini bir-birinə vuran kin-
küdurət, düşmənçilik, fərdlərinin bir-birindən qaçması, uzaq
durması kimi şeylərdən çəkinin.”
Quran, ümmətlərə gələn İlahi əzabların növlərini qeyd
edərkən qruplaşma və təfriqəni onlardan biri sayır və buyurur:
“Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və
yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında
qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa
qadirdir.”
Başqa bir yerdə buyurur: “(Allah tərəfindən) açıq-aydın
dəlillər gəldikdən sonra, bir-birindən ayrılıan və ixtilaf törədən
şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.”
Diqqət etmək lazımdır ki, təfriqədən, ixtilafdan çəkinməyə
bu qədər təkid olunmasının sirri budur ki, ixtilaf fəsadın əsas
mənşəyidir. Aralarında ixtilaf olan xalq uğursuzluğa tərəf sövq
olunar, Quranın təbiri ilə desək: onlar ağrılı əzaba düçar olarlar
və xoşbəxt həyatın uğursuz həyata, zillətə çevrilməsi bunun ən
kiçik nümunəsidir.
Quram müşriklərin xüsusiyyətlərindən birinin dinə
müxtəlif baxışlar əsasındakı dini ixtilaf və qruplaşma olduğunu