Page 287 - Islamic Studies 06
P. 287
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 286
deyir və müsəlmanları bundan çəkindirmişdir: “(Ya Rəsulum!
Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan
(Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən
olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə
oldular (bəzisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara
səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin
haqq olduğuna) sevinər.”
Quran bu ayədə, müşrikləri onların ən xüsusi sifətləri ilə
tanıtdırmışdır və o da budur ki, onlar dində pərakəndə, dəstə-
dəstə və qrup-qrup olarlar.
Həzrət Əli (ə) təfriqənin, ixtilafın zərəri, ziyanı və
müsəlmanların vəhdətini bir-birinə vurmaq, onlar arasında
pərakəndəlik salmaq istəyən şəxs ilə mübarizə haqqında son
sözü buyurur; fitnəkar və ixtilaf salan adamın qətlinin vacib
olduğunu qətiyyətlə deyir. Nəinki yalnız praktiki şəkildə fitnə
salanın bu əzaba layiq olduğunu, əksinə, hətta təfriqə şüarı
verən, müsəlmanlar arasında fitnə toxumu səpən şəxsin də
qətlə yetirilməsini deyir: “İslam böyüklərinin əksəriyyətinin
rəyini seçin, ona tabe olun ki, Allahın əli camaatladır. Tənya
hərəkət etməkdən, kənara çəkilməkdən uzaq durun ki,
camaatdan kənar olan insan şeytanın şikarı olar. Necə ki,
sürüdən və çobandan ayrı düşən qoyun canavara nəsib olar.
Bilin və agah olun ki, təfriqə şüarı verən hər bir kəs qətlə
layiqdir, onu öldürün. Hətta bu şüar əmmamə altından və
mənim dilimdən çıxarsa belə.”
Aşkardır ki, təfriqə şüarı fitnəyə səbəb olar. Allah-taala
Quranda buyurmuşdur: “Fitnə qətldən daha şiddətlidir.”
Çünki fitnə həyatı məhv edir.