Page 285 - Islamic Studies 06
P. 285

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 284

               “nər”də  (od)  məqsəd  isə  İslamdan  öncəki  dava-dalaşlar,

               müharibələrdir”.


               Millətlərin səadətinin maneəsi ixtilaf və təfriqədir
                   Aşkardır ki, cəmiyyətin inkişafı milli vəhdət və fərdlərin

               bir-biri ilə uyğunluğu sayəsində ələ gəlir. Şəhid Mütəhərrinin
               təbiri ilə desək: Şübhə etmək olmaz ki, bir cəmiyyətin inkişafı
               nəinki       münaqişələrin,        dava-dalaşların,       ixtilafların,
               ziddiyyətlərin, əksinə, həmfikirliyin, uyğunluğun, bərabərliyin,

               qarşılıqlı    köməyin       vasitəsilə    gerçəkləşir.     Həqiqətdə
               cəmiyyətdə çoxluqlar, ayrılıqlar, ixtilaflar vəhdətə hər nə qədər

               yaxın  olarsa  və  mübahisələr,  ziddiyyətlər  öz  yerini  hər  nə
               qədər köməyə, həmrəyliyə daha çox verərsə, o cəmiyyət daha
               kamil olar.”
                   Buna görə də, həzrət Əli (ə) hamını təfriqədən çəkindirir

               və buyurur: “Təfriqə və parçalanmadan çəkinin.”
                   Necə  ki,  xeyir  və  səadəti  təfriqəni,  parçalanmanı  tərk
               etməkdə bilir, buyurur:

                   “Allah-taala  heç  kimi  təfriqə  ilə  xeyirə  və  səadətə
               çatdırmaz.”


               Vəhdətin gücü
                   Fundamenti ixtilaf, parçalanma və pərakəndəliyə meyl ilə
               qoyulmuş  bir  cəmiyyətdə  həmişə  müharibə  və  dövlət

               münaqişələri olar və belə bir cəmiyyətin üzünə yoxluq, məhv
               olmaq açıqdır.
                   İmam Əli (ə) təfriqəni cəmiyyətin zillətinin amili sayır və
               bu  zəminində  buyurur:  “Keçmiş  ümmətlərin  aqibətinə  yaxşı
   280   281   282   283   284   285   286   287   288   289   290