Page 282 - Islamic Studies 06
P. 282
İslamda xoşbəxt ailə strukturu./. 281
tezliklə sizə qələbə çalacaq. Çünki onların öz batil yollarına
kömək etməkdə vəhdətləri var, siz isə haqqı müdafiə etməkdə
pərakəndəsiniz. Siz öz rəhbərinizə haqq yolunda itaətsizlik,
onlar isə batil yolunda öz başçılarına itaət edirlər. Onlar öz
rəhbərlərinə qarşı əmanətdar, siz isə xəyanətkarsınız. Onlar
öz şəhərlərində islahatla, abadlaşdırmaqla məşğuldurlar, siz
isə dağıtmaqda o qədər batmısınız ki, əgər birinizə taxta su
kasası əmanət versəm, qorxuram onun ipini oğurlayasınız.”
İmam Əli (ə) bu yerdə millətlərin qələbə və süqutun ən
mühüm 4 amilini saymşdır:
Qələbənin, inkişafın 4 amili:
1. Vəhdət
2. Rəhbərə itaət
3. Əmanəti qorumaq, rəhbər ilə əhdə vəfa etmək
4. İslahat və abadlaşdrmaq
Məğlubiyyətin, süqutun 4 amili:
1. Təfriqə, ayrılıq, pərakəndəlik
2. Rəhbərin göstərişlərinə itaətsizlik
3. Əmanətə xəyanət və rəhbərlə əhd-peymanı sındırmaq
4. Cəmiyyətdə fəsad
Bu amillər bütün dövlətlət və xalqlar haqqında doğrudur,
yalnızca İslam dövlətçiliyinə və millətinə aid deyil.
Vəhdət və imamət
Həzrət Əli (ə) imaməti birliyin və vəhdətin amili sayır;
istər rəhbər cəmiyyəti irəli aparsın, problemləri həll etsin və