Page 289 - Islamic Studies 06
P. 289
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 288
Nəticə
Həzrət Əli (ə) keçən ümmətlərin izzətinin, iftixarının,
səadətinin ən böyük amilinin birlik, ittifaq və
məğlubiyyətlərinin, zillətlərinin, süqutlarının ən üstün amilinin
isə təfriqə və ayrılıq olduğunu deyir.
Həzrət Əli (ə) Nəhcül-Bəlağədə cəmiyyətin imam və
rəhbər kimi mərkəzi ox ətrafına yığılmasına təkid etmişdir.
Əsas etibarilə, müsəlmanların Həzrət Rəsulallah (s) zamanında
izzətə, şərəfə çatmalarının səbəbi həmin mərkəzi oxa diqqət
etmələri idi.
İmamət vəhdətin amilidir. Çünki rəhbərin gördüyü işlərdən
biri ümmətin təşkilidir və ümmət, hədəfi vəhdət olan millət
mənasınadır. İmamın vəzifəsi ümmətin təşkili və ümmətin
vəzifəsi isə imama itaət etməkdir. Ümmət və imamın vəhdəti,
birliyi İslam hökumətinin təşkil olunmasının bünövrəsidir və
şiə məktəbi də bu bünövrə əsasında möhkəmlənmişdir.
Fundamenti ixtilaf, parçalanma və pərakəndəliyə meyl ilə
qoyulmuş bir cəmiyyətdə həmişə müharibə və dövlət
münaqişələri olar və belə bir cəmiyyətin üzünə yoxluq, məhv
olmaq açıqdır.
İmam Əli (ə) təfriqəni cəmiyyətin zillətinin amili sayır və
bu zəminində buyurur: “Keçmiş ümmətlərin aqibətinə yaxşı
baxın. Təfriqəyə, pərakəndəliyə üz tutduqları zaman
aralarındakı ülfət və dostluq aradan getdi. Sözləri və baxışları
müxtəlif, qəlbləri bir-birindən ayrı idi, müxtəlif qruplara
bölündülər və təfriqə ilə bir-birinin müqabilində dayandılar.
Allah da kəramət, böyüklür, ağalıq libasını və əllərindəki
nemətləri onlardan aldı, problemləri ilə üzbəüz qoydu.”