Page 292 - Islamic Studies 06
P. 292
İslamda xoşbəxt ailə strukturu
Könül İmanova
Abstrakt
İzdivac, ailə qurmaq, nəsil artırmaq heyvan, bitki və
cansızlarda təkvini qanunlar, qərizələrin düzgün yönəldilməsi
ilə baş verir. Lakin insanlar bu həyati məsələni dini
qanunlarda, Quranda, peyğəmbər və imamların buyruqlarında
göstərilən qayda-qanunlar əsasında həyata keçirilməlidirlər.
Bu həqiqətin ilk mayası qərizə, meyl, dostluq, eşq və
mehribanlıq şəklində, Allah-təalanın iradəsi ilə bərpa
edilmişdir. Eyni zamanda uşaq dünyaya gətirmək və onun
tərbiyəsi olduqca mühüm və məsuliyyətli vəzifədir. Çünki,
uşaqlarımızın düzgün tərbiyəsi, sağlam gələcəyimizin
təzminatıdır. Məhz böyüklərin verdiyi tərbiyə, uşağın
şəxsiyyətinin formalaşmasında və cəmiyyətə yararlı, faydalı,
istedadlı, savadlı, gözəl əxlaqlı insan kimi təqdim olunmasında
əsaslı rol oynayır.
Açar kəlmələr: İslam, ailə, izdivac, uşaq, tərbiyə