Page 294 - Islamic Studies 06
P. 294

İslamda xoşbəxt ailə strukturu./. 293

                   Bu  ayədən  ailə  həyatı  qurmağa  ehtiyacı  olanların
               izdivaclarının  zəruriliyi  anlaşılır.  Belə  ki,  onların  paklıq  və
               sağlamlığı  yalnız  bu  yolla  təmin  oluna  bilər.  Digər  bir
               cəhətdən  isə  ayədə  ailələrin,  xüsusilə  də  maddi  imkanı  olan
               ata-ananın  öz  övladlarını    oğul  və  qızlarını  evləndirmələri
               zəruri hesab olunur.




               Nikah mərasiminin həyata keçirilməsindəki çətinliklər

                   Kişinin  qadına,  qadının  da  kişiyə  olan  meyli,  xüsusilə
               qərizə  qönçələrinin  çiçəkləndiyi,  şəhvət  gülünün  açıldığı  bir
               vaxtda,  izdivaca  ehtiyac  olduğu  zaman  onun  qüvvətlənməsi
               təbii, insani və həyati bir məsələdir. Belə ki, bunu heç bir şəxs
               inkar edə bilməz.


                   Ailə həyatının ilk günlərində oğlan və qızın gələcək həyat
               mövzusundakı  arzu,  amal  və  məramı  hər  bir  şəxs  üçün,
               xüsusilə cavan qızı və ya oğlu olan valideynlər üçün gün kimi
               aydın bir həqiqətdir.

                   Cəmiyyəti  günahdan,  pozğunluqdan  qorumaq  üçün,
               izdivaca ehtiyac duyan qız və oğlanları vaxtında evləndirmək
               ən  mühüm  üslublardandır.  Bu  elə  bir  həqiqətdir  ki,  onu
               danmaq  yalnız  ağılsız,  şüursuz  və  məntiqsiz  insanlar
               tərəfindən baş verə bilər.

                   Bu  səbəbdən  ilk  öncə  valideynlərə,  qohumlara,  qız  və
               oğlanların izdivac məsələsinə aidiyyəti olan hər bir şəxsə bu
               ilahi  istəyi  asanlaşdırıb,  ən  asan  şəkildə  həyata  keçirmək
               vacibdir. Sonrakı mərhələdə isə bir-biri ilə ailə qurmaq istəyən
               qız  və  oğlanın  şəhvət,  meyl  və  istəklərinin  öz  təbii  yolu  ilə
               cərəyan  etməsi,  gələcək  xoşbəxt  ailənin  təməl  daşının
   289   290   291   292   293   294   295   296   297   298   299