Page 293 - Islamic Studies 06
P. 293
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 292
Giriş
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən
zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət
yaratması da Onun qüdrət nişanələrindəndir. Həqiqətən, bunda
(bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır!» .
Pak İslam mədəniyyətində özünə həyat yoldaşı seçmək öz-
özlüyündə müstəhəb və çox bəyənilən bir işdir. Lakin ailə
qurmamaq, subay qalmaq insanı günaha sürükləyərsə, bu
zaman ailə qurmaq vacib və zəruri hesab olunur.
Bu halda Allahın göstərişlərinə boyun əymək,
maddiyyatdan qorxmadan canla-başla ailə qurmaq lazımdır.
Çünki gələcəkdən qorxmaq şeytan işidir, Tanrıya
etimadsızlıqdır.
«İnsanları sudan (nütfədən) yaradan, onları bir-birinə əsil-
qohum (qan qohumu) və sonradan (izdivac vasitəsi ilə) qohum
edən Odur. Rəbbin (hər şeyə) qadirdir!» .
İndi isə Allahın izdivacla bağlı buyruğunu, Onun gələcək
ailə xərclərinə zəmanət olmasını bəyan edən «Nur» surəsinin
bir ayəsini diqqətinizə çatdırırıq:
«Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh
(yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin.
Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli
edər. Allah (lütfü, mərhəməti) geniş olan və (hər şeyi)
biləndir» .
Ayədə istifadə olunan «اااحكناو» (evləndirin) kəlməsi ərəb
dili qrammatikası baxımından felin əmr formasıdır. Bu əmr
cəmiyyətin hər bir fərdinə ‒ bütün qadın və kişilərə aiddir.