Page 297 - Islamic Studies 06
P. 297
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 296
Fatimə (s) ailə üzvlərinin, xüsusilə də öz həyat yoldaşının
aramlığına bais olur və ailədə yaşam zəminələrini yaradırdı.
Əli (ə) də ən nümunəvi ailə başçısı, mehriban ata və övlad
tərbiyəçisi, ev işlərində ən yaxşı həmkar idi. O, evin gündəlik
ailə işlərindən belə çəkinmirdi. Təmizlik işləri ilə məşğul olur,
xəmir yoğurur və uşaq saxlayırdı. Ev işlərinin idarəsinin öz
həyat yoldaşı üçün asan olmasını və bütün işlərin Fatimənin
(s.ə) üzərinə düşməməsini təmin edirdi.
Qadın və kişi bir-birinin hüquqlarını tam qorumalıdırlar.
Güman etməməlidirlər ki, zülm yalnız Firon, Nəmrud kimi
zalımların etdiklərinə deyilir. Qətiyyən belə deyil! Nahaqdan
digər bir şəxsin qəlbinin inciməyi belə, zülm adlanır. Allah
zülmü və zalımı sevmir. Kimin tərəfindən olursa olsun, azacıq
zülmdən belə xoşu gəlmir.
Gələcək söhbətlərimizdə, tədricən, ailə həyatı ilə bağlı
bütün məsələlərə toxunacağıq. Söhbətimizin bu yerində
izdivacın əhəmiyyət və dəyəri, nikahın xeyirləri və bir çox
digər məsələlər haqqında bir neçə etibarlı qaynağa əsaslanan
hədisi diqqətinizə çatdırmaqla kifayətlənir və sizi bu hədislərə
diqqət yetirməyə dəvət edirik. Çox güman ki, bu yolla İslam
mədəniyyətinə heç bir mədəniyyətin tay ola bilməyəcəyi
məlum olacaqdır.
Rəvayətlər baxımından izdivacın əhəmiyyət və dəyəri
Peyğəmbər (s) buyurur: «Haqqın rəhməti dörd yerdə
insana tərəf üz tutur: yağış yağarkən, övlad məhəbbətlə atanın
üzünə baxarkən, Kəbə evinin qapısı açılarkən və iki nəfərin
bir-biri ilə ailə qurub yeni həyata qədəm qoyduqları zaman»;
«Ailə qurun, (subay) gənc qız və oğlanlarınızı evləndirin.