Page 295 - Islamic Studies 06
P. 295
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 294
qoyulması, dünya və axirət səadətinin bərpası üçün bir-
birlərinə qarşı yersiz tələblərdən, pis şəraitin meydana
gətirilməsindən qəti surətdə çəkinmələri zəruridir.
Şübhəsiz ki, Quran ayələrində, rəvayətlərdə, hədislərdə
Allah-təalanın bu kimi işləri, xüsusilə öz qız və oğlanlarının
ailə qurmasını asanlaşdıran insanların dünya və axirətdə,
məhşər hesabında işlərini asanlaşdıracağı buyurulur. Bunun
əksinə olaraq, hər bir işi çətinləşdirən, xalq dili ilə desək, hər
bir sahədə tükü tükdən seçən və bununla da, öz övladlarının
şəhvət və qərizələrin qələbəsi nəticəsində müxtəlif psixoloji,
əsəbi xəstəliklərə tutulmalarına, onların pak çöhrələrinin
günaha aludə olmalarına, arzu və amallarının puça çıxmasına
bais olanları dünya və axirətdə, xüsusilə də məhşərdə Haqqın
qəzəbi və əzabı gözləyir.
İzdivac və nikah məsələsində çox diqqət və xırdaçılıq
etmək insanı, özü də bilmədən, problemlərlə qarşılaşdırır.
Təbiətdə iki ünsürün tərkibi olduqca asan olmasaydı, təbii
ki, bu gün gördüyünüz varlıq aləmi də olmazdı.
Analar və atalar, qız və oğlanlar! Bu ilahi və insani
təşəbbüsün həyata keçirilməsini, mehriyyənin təyin
olunmasında şəraitin yaradılmasını, nikah və toy
mərasimlərinin, öz məhəlli adət-ənənələrinizin həyata
keçirilməsini çətinləşdirməyin. Hər iki ailənin imkanı
xaricində olan tələblər irəli sürməyin. Qoyun izdivac məsələsi
olduqca asan başa gəlsin ki, Allah da dünya və axirətdə sizinlə
asan davransın.
Təqva əhlinin getdiyi yolla gedin və onlardan dərs alın. Öz
həyatınızı o övliyaların xüsusiyyətləri əsasında qurun. Çünki