Page 296 - Islamic Studies 06
P. 296
İslamda xoşbəxt ailə strukturu./. 295
xoşbəxtlik və səadət, dünya və axirət xeyrinin təmin olunması,
əzəli və əbədi camal aşiqlərinin həmkarlığı ilə əldə olunur.
Əli (ə) təqva əhlini belə vəsf edir: «Özlərini hər bir
aludəçilikdən qoruyurlar. Onların ehtiyacları olduqca azdır.
Hər hansı bir xeyir iş onlardan gözlənilir və hamı onların
şərrindən amandadır».
Hər halda, izdivacın həyata keçirilməsi ilə əlaqəli olan
şəxslər yersiz və imkan xaricində olan tələblər irəli sürməkdən,
həva-həvəsin tabeçiliyində yanlış adət-ənənələrə uymaqdan,
digərləri ilə bəhs etməkdən, bir sözlə, nikahın bütün
məsələlərini çətinləşdirməkdən çəkinməli və izdivacın təməlini
ilk günlərdən asanlıqla, xeyirli məsləhətlər və Allah-Təalanın
razılığı əsasında qurmalıdırlar.
Kişi ailə qurduqdan sonra öncədən izdivac məqsədi ilə
görüb-bəyəndiyi, ailə qurduğu qadınla ailə həyatını davam
etdirməli və ilahi rəhmətin davamının qarantı olmalıdır. Qadın
da ərliyə qəbul etdiyi şəxs üçün problem yaratmamalı və bütün
sahələrdə onun hüquqlarına riayət etməlidir.
Bir-birinin hüquqlarına riayət etmək mehriyyənin çoxluğu,
çox xərc aparan məclislər qurulması, həddən artıq qonaq dəvət
olunması və yersiz, qeyri-məntiqi adət-ənənələrin keçirilməsi
ilə müyəssər olmur. Bir-birinin hüquqlarını tapdalamamaq
münasib həyat yoldaşı seçmək, sadə proqramlar icra etmək,
hər iki ailə tərəfindən İslam əxlaqına, ilahi və insani haqlara
riayət etmək, aradakı məhəbbət və səmimiyyəti davam
etdirmək, müxtəlif ruhi və əsəbi xəstəliklərə yol açan ixtilaf və
dava-dalaşa yol verməməklə müyəssər olur.
Əli (ə) və Fatimənin (s.ə) birgə yaşadıqları ailə həyatı hər
bir kişi və qadın üçün ideal həyat dərsidir.