Page 298 - Islamic Studies 06
P. 298

İslamda xoşbəxt ailə strukturu./. 297

               Müsəlmanın  xoşbəxtlik  nişanələrindən  biri  budur  ki,  bir
               qadının ailə qurmasının xərcini öz öhdəsinə götürsün. İslamda
               Allah yanında nikah vasitəsi ilə abadlaşan ev qədər sevimli bir
               şey  yoxdur»;  «Subay  kişilərinizi  evləndirin  ki,  Allah
               əxlaqlarını  gözəlləşdirsin,  ruzilərini  çoxaltsın  və  igidliklərini
               artırsın»;  «İzdivac  mənim  sünnəmdir. Mənim sünnəmdən  üz
               döndərən  şəxs  məndən  deyil»;    «İzdivac  edən  hər  bir  şəxs

               dinin yarısını qazanmışdır. Qalan digər hissəsi üçün də təqvaya
               riayət etsin».

                   İmam  Sadiq  (ə)  buyurmuşdur:  «Atam  həzrət  Baqir  (ə)
               yanına gələn bir kişidən soruşdu: «Ailəlisənmi?». Kişi «yox»-
               deyə  cavab  verdi.  Atam  dedi:  «İstəmirəm  dünya  və  onda
               olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh
               edim». Sonra atam sözünü davam etdirərək buyurdu: «Ailəli
               adamın  iki  rəkət  namazı,  subay  adamın  gecə  ibadət  edib,
               gündüz oruc tutmasından yaxşıdır».

                   Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu: «Bu pulla
               ailə qurmaq üçün bütün imkanları yarat. Çünki Peyğəmbər (s)
               buyurmuşdur: «Ailə qurmaq ruzinin artmasına bais olur».

                   Rəsuli-Əkrəm  (s)  buyurur:  «Ey  cavanlar!  Hansınızın
               imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və
               günahdan qorunarsınız»;    «İslamda  Allah  yanında  heç  bir  iş
               izdivac  qədər  sevimli  deyil»;    «İzdivac  edən  hər  bir  şəxs
               səadətin  yarısını  əldə  etmişdir»;    «Şeytan  cavanlığının
               əvvəllərində evlənən şəxsi görüb, «dininin üçdə iki hissəsini
               mənim  əlimdən  qurtardı»  -  deyə  fəryad  edir.  Ona  görə  də,
               Allah bəndəsi dininin üçdə birini qorumaq üçün təqvaya riayət

               etsin».
   293   294   295   296   297   298   299   300   301   302   303