Page 40 - Islamic Studies 06
P. 40

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /39

               günahkar  və  zülmkar  hesab  edilir.  Allah  möminləri

               məzlumların hüquqlarını qorumağa çağırır:
                   “Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin
               hakimiyyəti  altında  olan  Məkkə  müsəlmanlarının,  eləcə  də

               bütün  əsrlərdə  zəmanə  imperiyalarının  hakimiyyəti  altında
               olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala
               salınıb  həmin  halda  saxlanılan  təbəqənin)  həmişə  "ey

               Rəbbimiz, bizi  əhalisi zalım olan bu  şəhərdən kənara  çıxart,
               bizə  Öz  tərəfindən  bir  başçı  ver  və  bizə  Öz  tərəfindən  bir
               köməkçi  təyin  et"  deyən  kəslərin  (nicatı)  uğrunda

                                    1
               vuruşmursunuz?!"
                   İslamda  milli  vəhdət  və  birlik  İlahi  vəhyin  ən  gözəl
               gətirdiyi  məsələlərdəndir.  Qurani-  Kərim  vəhdətin  isbat

               olunması və ona hamının əməl etməsindən savayı bölünmənin
               ziyanları və mənfi təsirləri barəsində də sözlər söyləmişdir.
                   Milli birlik barəsində Allah-Taalanın kəlamı belədir: "Və

               hamılıqla  Allahın  ipindən  (dindən,  kitabdan  və  vəhyi
               gətirənlərdən)  möhkəm  yapışın  və  parçalanmayın.  Allahın
               sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında
               ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti

               sayəsində  bir-birinizlə  qardaş  oldunuz.  Həmçinin  siz  od
               uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz
               (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan

                                                  2
               edir ki, bəlkə hidayət olasınız."
                   Həzrət Əli (ə) Qurani-Kərimin ədalətinə sahib olduğundan
               o da milli birlik və ittifaqı ağlın, ixtilafları isə nəfsin məhsulu



               1 Ən-Nisa surəsi ayə 75
               2  Ali-İmran surəsi ayə 103
   35   36   37   38   39   40   41   42   43   44   45