Page 35 - Islamic Studies 06
P. 35

Qadının zərafəti, qadının gücü./34

               niyyətinə görə verir və yalnız xalis niyyətli insanların əməlini
               qəbul edib mükafatlandırır.
                   İnsan  nəfslə  əlaqədar  olan  fəzilət  və  qəbahətləri  öyrədən

               əxlaq  elmini  öyrənmək  hər  bir  şəxsə  vacibdir.  Allah-taala
               buyurur:  "Nəfsini  (etiqad  və  əxlaq  kamallarında)  təkamülə
               çatdıran  və  (fikir  və  nəfs  pisliklərindən)  onu  təmizləyən  kəs
                                              1
               şübhəsiz, nicat tapmışdır!"  "Və (nəfsini) pisliklərə bulaşdırıb
               cəhalət,  küfr  və  pozğunluq  pərdəsi  altında  gizlədən  kəs,
                                                   2
               şübhəsiz,  ziyana  uğramışdır!"   Həzrəti  Mühəmmədin(s)  də
               Peyğəmbər göndərilməsində əsas məqsəd məhz insanın gözəl
               əxlaqa yiyələnməsi olmuşdur. O Həzrət(s) özü buyurur: "Mən
               gözəl  əxlaqı  kamilləşdirmək  üçün  peyğəmbər  seçilmişəm."
               Bunun  üçün  insan  əxlaq  barədə  hədislərdə  deyilənlərə  və

               tövsiyyələrə əməl etməlidir.
                   Mümkün  olduğunca  uşaqlarınıza  erkən  vaxtlarından  bu
               dünyanın Allah tərəfindən yaradıldığını izah etməyə başlayın.

               Aləmi  yaradan  yeganə  Allahın  olduğunu  və  onun  nöqsansız
               olduğunu başa salın, O, biləndir, qüdrət sahibidir. Bizdə olan
               hər  şey  Allah  tərəfindən  verilib  və  Yaradana  minnətdar

               olmağımızı, Onu sevmək və təqdir etməmiz lazımdır.
                   Uşaqlara  dini  bilikləri  öyrətmək,  Allahı,  Onun  Elçilərini
               tanıtmaq,  halal  və  haram,  dini  vəzifələr  və  digər  vacib

               məsələlər  barədə  olan  təhsili  uşaqlara  vermək  valideynlərin
               vəzifəsidir! Uşaq bunları yaxşı öyrənirsə, onda digər insanlar
               onu yolundan azdıra bilməz.





               1  -Əş-Şəms surəsi ayə 9
               2  -Əş-Şəms surəsi ayə 10
   30   31   32   33   34   35   36   37   38   39   40