Page 42 - Islamic Studies 06
P. 42
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /41
1
onlar üçün axirətdə böyük bir əzab vardır." Qurani Kərimə
görə xoşbəxt və firavan cəmiyyət, təhlükəsizlik, həyata ümid
və iqtisadi inkişaf olmaqla üç xüsusiyyət əsasında formalaşır
ki, bunların da bir birinə səbəb və nəticə bağlılıqları vardır:
"Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən
qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və
çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən
olacaqdır." Belə ki, təhlükəsizlik olmasa, heç kəs həyatın
2
davamına ümid bəsləməz, beləliklə də əmniyyət və yaşam
ümidi itərsə, istehsala və iqtisadi inkişafa maraq olmayacaqdır.
İnsan, qorunması və himayə olunması lazım olan dörd
sərmayəyə malikdir. Can,mal, namus və heysiyyət. Quran və
hədislərə əsasən, insan abırı və heysiyyəti, bəzi cəhətlərdə
onun malından və canından da üstündür. İslam, hər bir islami
cəmiyyətdə təhlükəsizliyin bütövlükdə cəmiyyətə hakim
olmasını, insanların nəinki dildə, hətta zehində belə barəsində
bədgüman olaraq heysiyyətinə toxunmamasını istəyir.
Ev, yaşayış yeri, fərdlərin və ailələrin rahatlığı üçün
məskəndir. Bu məkan, hər bir xoşagəlməz müdaxilədən
amanda qalmalıdır. Qurani Kərimin bu barədə tövsüyə edir:
"Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə
almayınca və həmin evin adamlarına salam verməyincə daxil
olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz."
3
1 Əl-Maidə surəsi ,ayə33
2 Ən-Nəhl surəsi ,ayə122
3 Ən-Nur surəsi, ayə27