Page 37 - Islamic Studies 06
P. 37

Qadının zərafəti, qadının gücü./36

                   Uşaq əgər ata və ananın sözünə qulaq asmağı adət etməsə,
               məktəbdə də özünü bu cür aparacaq və həm valideynləri, həm
               də cəmiyyət üçün problem yaradacaqdır.

                   Ona görə də valideyn səy etməlidir ki, övladı onun sözünü,
               nəsihətini eşitsin və qəbul etsin. Çünki bu mərhələdə uşağın
               şəxsiyyəti formalaşır. Ona görə də valideynin daha çox səy və
               çalışmasına  ehtiyac  duyur.  Uşağın  söz  eşidən  kimi

               böyüməsində eşq və məhəbbət hissləri böyük rol oynayır.
                   Beləliklə,  əgər  uşaq  ata  və  anası  tərəfdən  dostluq  və

               məhəbbət hiss edərsə, çalışacaq ki, onların razılığını qazansın
               və  onların  xoşladığı  işləri  görsün.  Burada  ən  mühüm  amil
               məhəbbətdir ki, itaətə gətirib çıxarır.
                   O uşaq ki, valideynlərinin məhəbbəti əhatəsindədir, ata və

               anasının  göstərişlərini  yerinə  yetirməkdə  xarlıq  və  alçaqlıq
               hissi     keçirtməyəcəkdir.        Bu      məhəbbət       nəticəsində
               valideynlərinə  təqlid  kökləri  inkişaf  edər.  Nəticədə  onların

               rəftarlarını  inikas  etdirər.  Onların  istəklərinə  müsbət  cavab
               verər.
                   Əqidə prinsipləri sayılan ilahiyyat elmini öyrənmək hərbir

               şəxsə vacibdir. Bu elmi öyrənməməkdə heç kəs özünü üzürlü
               hesab  edə  bilməz.  Bu  elmin  öyrənilməsinin  vacibliyi
               deyildikdə hamı bilməlidir ki,  bu dünyanın bir yaradanı var,

               Onun  heç  bir  şəriki  yoxdur  əzəli  və  əbədidir,  O  hər  şeyə
               qadirdir,istədiyini yaradır,istədiyini edir, verdiyi hökm ədalətli
               bütün kamal sifətlərinə malikdir. Həmçinin onu da bilməlidir
               ki, Həzrəti Mühəmməd(s) Onun göndərdiyi haqq və sonuncu

               Peyğəmbərdir, Qurani-Kərim Onun kitabıdır, Peyğəmbərin(s)
               gətirdiyi şəriət, axirət, Cənnət və Cəhənnəm, özündən sonrakı
   32   33   34   35   36   37   38   39   40   41   42