Page 38 - Islamic Studies 06
P. 38

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /37

               məsum  imamlar(ə),  Qiyamət,  hesab-kitab  və  s.haqqında

               buyurduqlarının hamısı haqdır. İnsanın səadətə çatması üçün
               ilahiyyat  elmi  haqqında  bunları  bilməsi  kifayətdir.  Bunları
               dildə etiraf etməklə yanaşı qəlbən inam və iman da olmalıdır.

                   Bir şəxsin Allaha və ölümdən sonrakı həyata imanı olmasa
               Allaha xatir iş görə bilməz. Buna görə də burada iman mühüm
               rol oynayır. Əməl ilə iman arasındakı əlaqə o qədər köklüdür

               ki, riyakarlıqla iş görən şəxslərin, əslində, Allaha və qiyamətə
               imanlarının  çox  zəif  olmasını  iddia  etmək  mümkündür:  "Ey
               iman  gətirənlər,  sədəqələrinizi  malını  riyakarlıq  və  camaata

               göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə
               imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə
               puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra

               leysan  yağışın  yağıb  onu  təmiz  (torpaq  və  bitkisiz)  bir  daş
               halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi
               leysanın  yuyub  apardığı  həmin  torpaq  kimidir).  Onlar

               (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər.
                                                     1
               Allah kafir qövmü hidayət etmir."   Uşaqlar yaxşı ilə pisi ayırd
               etməyə başlayanda dəlilsiz-sübutsuz onlara əqidə prinsiplərini
               öyrətmək lazımdır, qoy bunlar uşaqlıqdan onun beyninə həkk

               olunsun.  Tədricən  onların  mənasını  anlamağa  başlayacaq,
               böyüdükcə  qəlbində  həmin  prinsipıərə  möhkəm  iman
               yaranacaq.











               1  Əl-Bəqərə surəsi ayə264
   33   34   35   36   37   38   39   40   41   42   43