Page 39 - Islamic Studies 06
P. 39
Qadının zərafəti, qadının gücü./38
Nəticə
İslam hər kəsin canını, namusunu, şərəfini, haqqını,
azadlığını, malını və evini qorumuş və bunların
toxunulmazlığını bəyan etmişdir. İslam da həm fərdin, həm də
cəmiyyətin asayiş və toxunulmazlığı mühüm sayılır. Bunu
təmin etmək üçün İslam insanların bir-birinə sevgi və hörmət
göstərmələrini istəyir.
İslamı ümumbəşəri din edən xüsusiyyətlərdən biri də onun
Peyğəmbərinin(s) bütün aləmlərə, bütün bəşəriyyətə mərhəmət
olaraq göndərilməsidir. Qurani-Kərimdə Muhəmməd(s)
Peyğəmbərin bəşəriyyətə mərhəmət olaraq göndərildiyi və
peyğəmbərlərin sonuncusu olduğu bildirilir.
İslam demokratiya, hüquq, ədalət, bərabərlik və azadlıq
ideyalarını tərənnüm etmiş, din, vicdan, inanc və əqidə
məsələlərində müsəlmanlarla qeyri-müsəlmanlar arasında
bərabərliyin təminatçısı olmuşdur.
İslam əxlaqı sistemi elə həyat tərzi təbliğ edir ki,
müsəlmanı yaxşılıq etməyə və pislikdən çəkindirməyə çalışsın.
İslam dini bəşəriyyəti bir-birinə hörmətlə davranmağa
inandırmağa çalışır. İslam insanların biri-birinə hörmət və
tolerantlığ dindir. İslamın elan etdiyi hüquq və vəzifələr insan
hüquqlarının bir bəyanatıdır. İslamın vacib prinsiplərindən biri
Allahın insanlara əməlləri üçün tam məsuliyyət daşıdığını
göstərməkdir. Hər bir şəxs müəyyən hüquq və vəzifələrə
malikdir və bir şəxsin başqa bir şəxsin azadlığını
məhdudlaşdırmaq hüququ yoxdur. Allahın insana verdiyi və
İslamda təsvir edilmiş hüquqlarını pozmağa cəsarət edəni