Page 41 - Islamic Studies 06
P. 41

Qadının zərafəti, qadının gücü./40

               olduğunu  hesab  edir.  Necə  ki,  Qurani-Kərim  ağılsızlığın
               nəticəsini  bölünmələr  olduğunu  hesab  edir.  Əmirəlmöminin
               Əli  (ə)  də  ağlın  və  qəlbin  çirkinliyini  bölünmənin  əsası

               olduğunu qəbul  edərək, buyurur:  "Siz  "Həqiqətən, möminlər
               qardaşdırlar" ayəsi olan Allahın kəlamına söykənsəniz heç bir
               çirkinlik sizin ixtilafınıza səbəb ola bilməz. Yəni, yadlar sizin
               aranızda parçalanma yaradır və sizə hakim olurlarsa yalnız öz

               aranızda olan fəsadlardan istifadə edirlər. Qəlbləriniz güclü və
               möhkəm  olarsa  İslam  qurluşunda  bölünməyə  heç  bir  zaman
                                        1
               şərait yarana bilməz." .
                   İslam nöqteyi nəzərində təhlükəsizlik, sağlam həyat üçün
               ən birinci və əsas şərtdir. Bunun üçün də, Həzrəti İbrahim (ə),
               Kəbəni tikərkən Allahdan istədiyi ilk şey, təhlükəsizlik neməti

               idi: "Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim,
               (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et
                                                                                     2
               və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!"
               Məhz  bu  dəlilə  əsasən,  İslam  dini  ən  ağır  cəzaları  ictimai
               təhlükəsizliyi  pozanlar  üçün  nəzərdə  tutmuşdur:  "Həqiqətən
               Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-

               fəsad  törətmək  istiqamətində  çalışan  (insanları  qorxutmaq,
               asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə
               soyuq  və  ya  isti  silahla  zahir  olan)  kəslərin  cəzası  yalnız

               öldürülmək  və  ya  dar  ağacından  asılmaq,  yaxud  əlləri  və
               ayaqlarının  (bir  əlin  dörd  barmağı  ilə  bir  ayağın  dörd
               barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün
               olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və



               1  Nəhcül bəlağə, məktub 113,bənd 7
               2  İbrahim surəsi ,ayə35
   36   37   38   39   40   41   42   43   44   45   46