Page 36 - Islamic Studies 06
P. 36
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /35
Uşaqlara öz dininin İslam olduğunu qürur və sevinc hissi
keçirməyə tərbiyələndirin. Peyğəmbərlərə olan sevgisini
inkişaf etdirmək üçün onların həyatlarını, nəcibliyini və gözəl
davranışlarını izah etmək lazımdır. Həm də uşaqlara Əhli-
Beyt(ə), səhabələr, alimlər, möminlər barədə, müsəlman
ənənələri və yüksək İslam mədəniyyəti haqqında məlumat
verin. Yaxşı və pis arasındakı fərqi uşağın zehnində
möhkəmləndirmək lazımdır ki, valideynlərə itaətsizlik,
insanları alçaltmaq, oğurluq, aldatma və s. kimi pis əməllərə
gətirib çıxardığını başa düşsün. Uşaqlar gözəl hafizəyə malik
olduqlarından onlara Quran-Kərimi oxumaq və surələri
əzbərləməyi öyrətmək lazımdır. Uşaqlara namaz qılmaq, dua
və zikrlər etməyi başa salmaq Əhlibeyt(ə) və onların yolunu
tutanlara qarşı məhəbbət göstərmələrini aşılamaq lazımdır.
Uşaqlarda pis əməllərə qarşı niftət hissi öyrətmək, pis
əməllərdən özünü saxlamaq, günah etməməyi, başqalarını da
günahdan da çəkindirməyi tərbiyə etmək lazımdır. Uşaqlar
dinimizi müdafiə etməyi qəhrəmanlıq saymalı yəni həqiqəti,
ədaləti müdafiə etməlidirlər. Təcrübə göstərir ki, düzgün
tərbiyə almayan uşaqlar eqoist böyüyür hətta öz valideynlərinə
belə laqeyid yanaşır. Uşaqlıqdan işləmək və özünü idarə etmək
üçün vərdiş edənlər layiqli insan yetişdirir və valideynlərini
daha çox dəyərləndirirlər.
Kiçik yaşlarında uşaqlarda Qurani-Kərimə məhəbbət
aşılanmalıdır. Onları dərk edə biləcəkləri ayələrlə tanış edib,
əzbərləyə biləcəkləri ayələri öyrətmək yaxşı olardı. Bu yolla
uşaq Qurani-Kərimə məhəbbətlə böyüyər.