Page 46 - Islamic Studies 06
P. 46
Qadının zərafəti, qadının gücü
Aynur Əzimova1
Abstrakt
Müasir dövrdə aparılan geniş mədəni-maariflənmə işlərinə
baxmayaraq, hələ də qadın, eləcə də kişinin hüquq və
məsuliyyətləri düzgün və aydın şəkildə açıqlanmamışdır.
Bunun başlıca səbəbi kimi bəşəriyyətin düçar olduğu və bu
vaxta qədər öz həllini tapmamış bir sıra problemlər, o
cümlədən, qadın-kişi münasibətlərinin hüdudlarının
müəyyənləşdirilməməsi, psixoloji problemlər, təcavüzkarlıqlar
və s. hesab oluna bilər. Uzun illər boyu Avropa və Amerika
ictimaiyyətində qadınların təbii hüquqları tapdalanmış, bunun
ardınca isə onları “qadınlara dəyər və azadlıq vermək” adı
altında heç bir çərçivəyə sığmayan cinsi münasibətlərə sövq
etdirmişlər. Bu problemin həllində isə bizə ən doğru yolu
göstərən ilahi vəhy və göstərişlərdir.
Açar sözlər: İslam, qadın, dəyər, məqam, hüquq
1 - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum