Page 47 - Islamic Studies 06
P. 47

Qadının zərafəti, qadının gücü./46



               Giriş


                   Quran öyüd-nəsihətlə yanaşı, qadınların mənəvi yüksəlişini
               təmin  etmək  məqsədilə  onlara  nümunəvi  və  ideal  qadın
               simaları da təqdim edir. Əziz İslam Peyğəmbəri (s. ə. s) qızı

               Fatimeyi-Zəhranın  (s.  ə)  əllərindən  öpürdü.  Əsla  bunu
               duyğulardan  irəli  gələn  bir  hərəkət  kimi  dəyərləndirməyin.
               Xanım  Fatimeyi-Zəhra  (s  .ə)  kamil  bir  insan  olduğu  üçün  o

               Həzrət  (s.  ə.  s)  ona  belə  ehtiram  göstərir.  İslamda  qadının
               dəyəri onun mənəvi yüksəlişi və kamilliyi ilə ölçülür.


                   Qadınlar  elmin  müxtəlif  sahələrində  öz  istedadlarını
               çiçəkləndirməlidirlər.  Onlar  savadlanmalı  və  yüksək  elmi
               dərəcələrə  nail  olmaq  üçün  səy  göstərməlidirlər.  Qadınların
               əxlaqsızlığa  sürüklənməsi  isə  onların  savadlanmasına  əngəl

               olan ən başlıca amildir.

                   Ailə bütöv bir cəmiyyəti təşkil edən kiçik cəmiyyətlərdir.

               Qadın bu kiçik cəmiyyətin əsas sütununu təşkil edir və onun
               aparıcı  qüvvələrindən  sayılır.  Ailə  mühiti  istedadların
               çiçəklənməsi üçün  əlverişli bir mühitdir və belə bir  mühitdə

               qadın  ixtisasından  asılı  olmayaraq,  öz  evdarlıq  vəzifələrinin
               öhdəsindən layiqincə gəlməlidir.   Qadınlar Uca Allahın bizə
               əmanətidir. Buna görə bu əmanəti qorumaq və himayə etmək

               vəzifəsi  də  kişinin  borcudur.  Əziz  Peyğəmbərimiz  (s.  ə.  s)
               Vida  Xütbəsində  “Qadınlar  sizə  Allahın  bir  əmanətidir”
               buyuraraq bizə yüklənən məsuliyyəti bir daha xatırlatmışdır.
   42   43   44   45   46   47   48   49   50   51   52