Page 48 - Islamic Studies 06
P. 48

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /47

               Tarixdə qadına verilən dəyər


                   İslamiyyət  ana  olduğuna  görə  qadına  ən  yüksək  və  çox
               möhtərəm  bir  məqam  qazandırmışdır.  Tarixin  fərqli

               dövrlərində zillət və həqarət içində yaşayan qadın layiq olduğu
               ən  yüksək  şərəfi  İslam  dini  gəldikdən  sonra  qazanmışdır.
               İslamiyyət  gəlmədən  əvvəl  qadınların  vəziyyətinə  nəzər

               salarıqsa, görərik ki, istər Ərəbistanda, istərsə də digər başqa
               ölkələrdə qadınların vəziyyəti çox ağır idi. Qadına insan gözü
               ilə baxılmır, öz  hüquqlarından məhrum, heç  bir haqqa  sahib

               olmayan  dəyərsiz  bir  əşya  kimi  tanınır,  kişinin  şəhvətinə
               məhkum  bir  əsir,  adi  bir  xidmətçi  kimi  qiymətləndirilir  və
               bütün  günahların  başı  hesab  olunurdu.  İslamiyyətdən  əvvəl

               qadın  o  qədər  dəyərsiz  sayılırdı  ki,  hətta  ölən  ərinin  mülkü
               arasında  bir  miras  əyşası  kimi  bölünürdü.  Qadınla  öncə
               atasının,  evləndikdən  sonra  ərinin,  əri  öldükdən  sonra  da
               oğlunun əsiri kimi rəftar edilirdi. Qız uşaqları vəhşicəsinə diri-

               diri  torpağa  basdırılır,  qız  övladı  olanlar  bunu  özünə  bir
               rəzillik  sayırdı.  İranda  və  Zərdüştlükdə  qadın  o  qədər
               alçaldılmışdı  ki,  hətta  ana  və  bacı  ilə  evlənmək  kimi  iyrənc

               əxlaqsızlığa  icazə  verilmişdi.  Bir  çox  başqa  ölkələrdə  və
               millətlərdə  də  qadın  eyni  haqsızlıqlara  məruz  qalmışdı.  Bir
               sözlə qadın kişinin malı hesab olunur və onun üzərində istədiyi

               ixtiyara sahib idi.

                   Bu  gün  isə  qadın  haqları  dırnaqarası  qorunduğu  halda,
               yenə  də  qadınlar  istismar  edilməkdə, maşın,  sabun,  şampun,

               dərman  və  s.  kimi  əşyaların  tanıdılmasında  açıq-saçıqlıqla
               reklam  vasitəsi  kimi  istifadə  olunmaqdadırlar.  “İslam  qadını
   43   44   45   46   47   48   49   50   51   52   53