Page 51 - Islamic Studies 06
P. 51

Qadının zərafəti, qadının gücü./50

               Uca Rəbbimiz Qurani-Kərimdə buyurur:

                   “Onlar  sizin  üçün  bir  libas,  siz  də  onlar  üçün  bir
                             1
               libassınız...”

                   “(Kişilərin)  qadınlar  üzərində  (şəriətə)  müvafiq  haqları
                                                                                  2
               olduğu kimi onların da (kişilər üzərində) haqları vardır. ...”

                   Həqiqi  səadətə  şübhəsiz  ki,  ancaq  və  ancaq  Allah  və
               Rəsulunun  əmr  və  tövsiyələrinə  tabe  olmaqla  qovuşmaq

               mümkündür. Analarını, həyat yoldaşlarını layiqi ilə sevənlər,
               onları hər gün və hər zaman xatırlayıb, anaların xeyir-dualarını
               alıb,  dünya  və  axirət  xoşbəxtliyinə  nail  olanlar  nə

                                 3
               xoşbəxtdirlər?!
               Sual:


                   Kişinin  ailə  məsələlərində  qadının  üzərində  hakim
               olmasını  Qurani-Kərim  necə  başa  salır?  Quranın  bu  barədə
               olan nəzərini açıqlayın.


                   Ailə  məsələlərində  kişinin  hakim  olması  haqda  Quranda
               belə buyurulmuşdur:


                   “kişilər qadınlar üzərində himayəçidirlər.”
                                                                   4
                   Amma ayənin həqiqi mənası bu deyil ki, kişilər qadınların

               üzərində hakimdirlər  və  hər  nə  istəsələr  edə  bilərlər. Əksinə


               1 - Quran: əl-Bəqərə surəsi, ayə: 187
               2 - Quran: əl-Bəqərə surəsi, ayə: 228
               3 - İrfan Jurnalı
               4 - Quran: ən-Nisa surəsi, ayə: 34
   46   47   48   49   50   51   52   53   54   55   56