Page 49 - Islamic Studies 06
P. 49

Qadının zərafəti, qadının gücü./48

               əzir”  deyərək  dinimizə  iftira  atan  Avropa  və  avropasayağı
               düşünən  insanlar  cavab  versin!  Bəs  bunun  harası  qadın
               haqqıdır?! Bəs bu necə qadın haqqını qormaqdır?!


                   Qadına  ən  layiq  olduğu  yeri  və  dəyəri  yalnız  İslam  dini
               vermişdir. İslam dini qadının cəmiyyətdəki yerini çox gözəl və

               layiqli  bir  şəkildə  təyin  edib,  çirkinliklərdən  qurtararaq
               aşağılardan  yüksəklərə  qaldırmışdır.  Həzrət  Peyğəmbər
               “Cənnət anaların ayaqları altındadır” buyuraraq qadına verilən
               ən böyük qiyməti və mərtəbəni dilə gətirmişdir. Qadın insanı

               dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. İslamda
               qadın ərinin həyat yoldaşı, onun hüzur qaynağı və dayağıdır.
               İslam  nəzərində  qadın  şəfqət,  mərhəmət,  hörmət  duyulmalı

               olan  və  nəzakət  tələb  edən  nəcib  və  təmiz  bir  varlıqdır.
               Peyğəmbərimiz  (s.  ə.  s)  qadınların  incə,  zərif  və  kübar
               varlıqlar  olduqlarına  işarə  edərək  onların  heç  vaxt

               incidilməməsini  və  qırılmamasını  şiddətlə  tövsiyə  etmişdir:
               “Sizin  ən  xeyirliniz  qadınlarına  qarşı  ən  yaxşı  və  nəzakətli
               davrananınızdır”.  Qadına  qarşı  kobud  davranmaq,  əziyyət

               etmək, haqqını tapdamaq müsəlmana yaraşmaz.

               Qadının gücü


                   Qadın  vəfanın,  fədakarlığın,  comərdliyin,  qarşılıqsız
               əsirgəmək   və  sevməyin  simvoludur.  Bugünün  qadını  sabah
                           1
               bir  anadır.  Ona  görə  uca  dinimiz  qadına  və  ana  sevgisinə

               xüsusi bir yer verərək, cənnəti anaların ayaqları altına sərmiş,
               vaxtında qılınan namazdan sonra ən gözəl işin anaya yaxşılıq


               1 - Burada: Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək.
   44   45   46   47   48   49   50   51   52   53   54