Page 50 - Islamic Studies 06
P. 50
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /49
etmək olduğunu, Allahın rizasını qazanmağın, cənnətə
qovuşmağın ən rahat yolunun anaya xidmətdən və ananı
lazımınca sevməkdən ibarət olduğunu bildirmişdir. İslamiyyət
qadını qorumaq məqsədilə əgər evlidirsə əri, evli deyilsə
atasının ona baxmaq və ehtiyaclarını təmin etmək
məsuliyyətini yükləmişdir.
İslam inancında qadınlar ilin sadəcə bir günündə sevilib,
digər zamanlarda ehmal ediləcək varlıqlar deyil. Qadın ilin hər
günü, ömür boyu qorunmağa, sevgiyə, hörmətə, himayə
edilməyə, hədiyyə alınmağa və xidmət göstərilməyə layiq ən
incə və zərif varlıqdır. Qadınlar və analar baş tacıdır. Dinimiz
qız uşaqlarının gələcəyin anaları olmaları yönündən onlara
qarşı davranışlarımız və onların tərbiyələri üzərində ciddi bir
həssaslıqla durmuşdur. Qız uşaqlarını böyüdüb gözəl şəkildə
tərbiyə edənə cənnət, həm də cənnətdə ən gözəl məqam;
Peyğəmbərimizə qonşu olma məqamı vəd edilmişdir.
Dinimizin qadına verdiyi yüksək qiyməti yenə
Peyğəmbərimizin bu hədisi-şərifi ilə daha aydın görürük.
Buyurulur ki: “Möminlərin iman yönündən ən kamilləri
əxlaqca ən gözəl olanlarıdır. Sizin ən xeyirliniz qadınlarına
qarşı ən yaxşı və nəzakətli davrananlarınızdır.” “Qadınlar
xüsusunda Allahdan çəkinin. Çünki onlar sizə Allahın bir
əmanəti olaraq verilmişdir.” “Qadınlar haqqında bir-birinizə
xeyir tövsiyə edin.”