Page 52 - Islamic Studies 06
P. 52

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /51

               təfsirçilərin  və  lüğətşünasların  nəzərlərinə  əsasən  "qivam"

               kəlməsinin  mənası  başçı,  ailənin  işinə  yardımçı  və  bu  kimi
               sinonimlərdir. Amma əgər ailəyə kiçik bir dövlət kimi baxsaq
               və onu kiçik bir ictimaiyyət kimi qiymətləndirsək, təbii ki, bu

               kiçik dövlətə böyük bir dövlət kimi başçı və arxalana biləcəyi
               kimsə lazımdır. Bu başçılıq hər tərəfdən bu ağır məsuliyyətə
               qabiliyyəti və gücü çatan bir nəfərə həvalə edilməlidir. Təbii

               ki, bu işin öhdəsindən hər cəhətdə qadından qüdrətli olan kişi
               gələ bilər, çünki:


                   1-Kişi  çətinliklər  müqabilində  dözümlü  və  səbirli,  qadın
               isə  atifəli  (emosianal  xüsusiyyətə  malik),  hissiyyata  qapılan
               incə və kövrək bir məxluqdur.


                   2-Həmçinin fiziki cəhətdən də qadın kişidən olduqca zəif
               və incədir.


                   3-Bundan əlavə ailənin gəliri və mənfəəti, habelə gündəlik
               tələbatı kişinin öhdəsində olduğu üçün başçılıq da onun əsas
               məsuliyyətlərindən biridir.


                   Qurani- Kərimin nəzərində kişinin ailədə olan hakimliyi və
               başçılığı yalnız Allahın razılığı, icazəsi və ədaləti çərçivəsində

               olmalıdır. Amma    məqam  baxımından  yalnız  iman  və  təqva
               sahibləri  Allah-Taalanın  hüzurunda  fəzilətlidirlər.  Yəni
               insanların  üstünlüyü  onların  hansı  cinsdən  olmasında  deyil,
               əksinə onların nə qədər təqvalı olmasındadır. Qurani-Kərimin

               nəzərində kişinin ailədə olan başçılığı və hakimiyyəti ona heç
               bir  üstünlük  vermir.  Yəni  kişinin  bu  işi  heç  də  onun  uca
               məqam  sahibi  olmasını  çatdırmır.  Yuxarıda  qeyd  etdiyimiz
   47   48   49   50   51   52   53   54   55   56   57