Page 53 - Islamic Studies 06
P. 53
Qadının zərafəti, qadının gücü./52
ayədən də kimsə üstünlük və hakimlik başa düşürsə, məlumdur
ki, ayədə olan "qivam" kəlməsini düzgün təfsir edə və
mənalandıra bilməmişdir.
Mövzunun əsli mətləblərini araşdırmazdan öncə,
(qəvvamiyyət sözünün mənasına) qadının İslam dinində hansı
məqam və şəxsiyyətə malik olmasını araşdırmağı vacib bildik.
1)Qadın evin əsas rüknü1 kimi:
Məlumdur ki, qadın ailənin əsasını təşkil edən iki nəfərdən
biri olmaqla yanaşı dünya ictimaiyyətinin də (demək olar ki,)
yarıdan çoxunu təşkil edən bir varlıqdır. Əgər tarixin
səhifələrinə baxsaq qadına qarşı bir çox amansız
məhkəmələrin şahidi olarıq. Yəni tarix boyunca qadın ictimai
səhnələrdən təcrid edilmiş və bir sıra məhrumiyyətlərə məruz
qalmışdır. Düzdür ki, bəzi vaxtlar müxtəlif ölkələrdə və ya
tayfalarda qadına azadlıq verilmişdir. Amma onların zəif
məxluq olduqları üçün daim zülmə məruz qalmaları inkar
olunmazdır. Məsələn: Qadınların cahil ərəb tayfalarında qul
kimi işlədilməsi, qız uşaqlarının diri- diri basdırılması,
öldürülməsi, bazarlarda satılması və sair kimi misallar
2
göstərmək olar. Bütün bu saydıqlarımız qadının tarix
səhifələrində olan acı xatirələridir. Həmçinin qadınlara qarşı
olan radikal fikirli kişiləri və ailədə qolunun gücündən istifadə
edən ailə başçılarını bu gün də ictimai səhnələrdə müşahidə
edirik.
1 -1-Bir şeyin ən sağlam və möhkəm tərəfi; təməl, dirək, istinadgah. 2. Bir cəmiyyətin
əhəmiyyətli, ən qüvvətli və etibarlı şəxsiyyətlərindən hər biri.
2 -Quranda Pəjuheşlər, səhifə 25- 26, yay. Bahar, 1380