Page 76 - Islamic Studies 06
P. 76

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /75

               Nəticə


                   Deyildiyi kimi həm tövhid, həm də qeyri-tövhid dinlərində
               qadının  mövqeyi  və  məqamı  müxtəlifdir.  Buddizmdə  qadın,

               şikarını  ovlamaq  üçün  pusquda  oturan  qorxunc  timsah  və
               akulaya bənzədilir. Təhrif olunmuş yəhudi dinində qadın heç
               bir şəxsiyyət və məqam sahibi deyil. Əlbəttə, sübhəsiz bütün

               Peyğəmbərlər  (ə)  qadının  dəyər  və  məqamının  müdafiəçiləri
               və onlara qarşı törədilən zülmün isə əleyhinə olmuşlar. Lakin
               müqəddəs kitabların təhrif olunmuş qanunlarına əsasən, yəhudi

               dinində də qadın, qız abırsızlıq və rüsvayçılıq mənbəyi hesab
               olunur. Atəşpərəstlik dinində isə qadın insan yox, əşya hesab
               olunur.  Qadın  o  qədər  dəyərsiz  idi  ki,  hətta  danışmaqda,

               fikirləşməkdə  və  hərəkətlərində  belə  heç  bir  ixtiyar  sahibi
               deyildi.  Xristianlıq  başdan-başa  rəhmət  və  mehribanlıq  dini
               olsa da, qadınla ehtiram və nəzakətlə rəftar etmək tapşırılsa da,
               bu din də təhrif olunduqdan sonra qadına verilən dəyər həddən

               artıq azalıb. Qadın zəruri şər, təbiətən azmışdır. Qadın Adəmi
               yuxarıdakı Cənnətdən məhrum edən, hələ də şeytanın əlindəki
               silah olan Həvvanın təmsili, təcəssümüdür.


                   Amma İslam dininin zühuru ilə qadına münasibət dəyişildi.
               İslam dinində qadına xüsusi bir dəyər əta olundu.


                   İslam Peyğəmbəri (s) qadınlara hörmət etməklə, xüsusilə
               də qızı Fatiməyə (ə) ehtiram göstərməklə cahiliyyət dövrünün

               xurafi adət-ənənələrini məhv etmişdir. Peyğəmbər (s) buyurur:
               «Öz qızlarınızı yaramaz (xoşa gəlməz) saymayın! Həqiqətən,
               qızlar insanın ən gözəl və qiymətli ünsiyyət simvoludur».
   71   72   73   74   75   76   77   78   79   80   81