Page 73 - Islamic Studies 06
P. 73
Qadının zərafəti, qadının gücü./72
Bu iki sifət müxtəlif mərhələlərə malik olan nisbi
işlərdəndir. Yəni bir şey başqa şeylə müqayisədə kobud və
güclü sayıla bilər, amma həmin şey üçüncü bir şeylə
müqayisədə lətif, incə və zəif ola bilər. Misal üçün, Quran
məntiqində insan zəif varlıq hesab olunur: “Allah istəyir ki,
sizin yükünüzü yüngülləşdirsin, çünki insan zəif xəlq
1
edilmişdir.” Amma bir çox varlıqlarla müqayisədə həmin
insan çox güclü hesab olunur. O elə işlər görür ki, güclü
varlıqlardan çoxu o işləri görməkdə acizdir. Quran yenə
buyurur: “Kitab elmindən cüzi bir elmi olan kəs (Asəf)
dedi: “Mən onun (Bilqeyisin) taxtını bir göz qırpımında
2
(Yəməndən) sənin yanına (Fələstinə) gətirərəm.”
Deməli, bir şey barəsində mühakimə yürüdən zaman
meyarları bəyan etmək lazımdır. Çünki müəyyən bir meyara
əsasən bir varlığın fiziki qüdrəti və bacarığı zəifdirsə, başqa bir
meyara əsasən onun elmi və s. kimi bacarıqları çox güclü ola
bilər...
3. Qadın və kişi bir növdən yaranmışlar və bir şəxs üçün
insan olması cəhətindən nə qədər təbii və şəri hüquqlar sübuta
1 .Quran: Nisa surəsi, ayə: 28
2 .Quran: Nəml surəsi, ayə: 40
Məkarim Şirazi, “Təfsiri-nümunə”, 15-ci cild, səhifə 469: O şəxs saleh bir insan idi
və ilahi kitabdan nəzərə çarpacaq dərəcədə agahlığı var idi. Quran onun
barəsində buyurur: “Kitab elmindən cüzi bir elmi olan kəs (Asəf) dedi: “Mən onun
(Bilqeyisin) taxtını bir göz qırpımında (Yəməndən) sənin yanına (Fələstinə)
gətirərəm.” Həzrət Süleyman (ə) onun sözü ilə razılaşdığı zaman o, özünün mənəvi
qüdrətindən istifadə edərək Səba məlikəsinin taxtını bir göz qırpımında onun
yanında hazır etdi: “Süleyman taxtı öz yanında qərarlaşmış halda gördükdə Allaha
həmd-səna etməyə başladı və dedi: “Bu mənim Pərvərdigarımın mərhəmətidir ki, məni
yoxlasın: Onun şükürünü yerinə yetirəcəyəmmi, yoxsa nankorluq edəcəyəm?!”
Bu şəxs həzrət Süleymanın ən yaxın iman dostlarından və xüsusi adamlarından idi.
Əksər hallarda tarixdə onun adı Asəf ibni Bərxiya olduğu deyilir. O Süleymanın
vəziri və onun bacısı oğlu idi.