Page 74 - Islamic Studies 06
P. 74
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /73
yetsə həm qadın, həm də kişi üçün qüvvədədir. Amma diqqət
yetirmək lazımdır ki, bu iki sinfin bir-biri ilə müqayisədə
çoxlu fərqləri və fəzilətləri vardır. Onlar fiziki baxımdan və
fizioloji şərait cəhətindən fərqlidirlər. Buna görə də hər biri
özünəməxsus vəzifələri yerinə yetirmək üçün xəlq edilmişdir.
Bu fərqlər (nəinki ayrı-seçkilik) eynilə hikmətdir və bəşər
nəslinin davam etməsinə səbəb olur. Bu mənaya deyildir ki,
kamal yolu qadının üzünə bağlanmış, yaxud bu yolda ona
məhdudiyyət qoyulmuş olsun. Qadınların xilqətində qoyulmuş
ruhi xüsusiyyətlər – insani duyğular və hislərin çox tez təsiri
altına düşməkdir. Buna görə də şadlıq, nigaranlıq, ağlamaq və
gülmək kimi ruhi və mənəvi hislərə kişilərdən daha tez
qapılırlar.
Başqa sözlə: Qadının təbiəti və xilqəti mehr-məhəbbət
ocağıdır. Bunun özü də, qadının məqamı barədə bir növ
dəyərli və müsbət nəzərdir. Qadının ülvi və atifi yönləri onun
əqli və fikri qüvvələrinin normal hala düşməsinə onsuz da,
mane olmur, qadın da kişi kimi normal nəzəri ağıldan
bəhrələnə, ağlın əsas tutulması ilə emosional hislərə qapılmaya
bilər. Əlbəttə, mümkündür, emosional duyğularının normal
hala salınması üçün qadınlar kişilərdən daha çox məşqə
1
ehtiyaclı olsunlar. Qadınlar və qızlar çox incə varlıq
olduqlarından (və həzrət Əlinin (ə) buyurduğu kimi: “Qadın
2
ətirli bir güldür” daha həssas varlıq hesab olunur və bir
nəsim küləyi ilə bu gülün pərən-pərən olması mümkündür.
Ona gör də, gərək özünə xüsusi nəzarət etsin.
1 . Məkarim Şirazi, “Təfsiri-nümunə”, 15-ci cild, səhifə : 353
2 .“Üsuli kafi”, 5-ci cild, səhifə 510, “İkramuz-zövcə” bölməsi