Page 71 - Islamic Studies 06
P. 71
Qadının zərafəti, qadının gücü./70
gövhər və cinsdən yarandığını bəyan edir: “Ey insanlar! O
Allah qarşısında təqvalı olub qorxun ki, sizi vahid bir
nəfsdən xəlq etdi, həyat yoldaşını da ondan yaratdı,
1
onlardan çoxlu kişilər və qadınlar vücuda gətirdi.”
Fəzilətə, yüksək insani dəyərlərə və mənəvi məqamlara
yiyələnmək, ali insani sifətləri kəsb etməyə qadir olmaq
nəzərindən Quran təbirlərində qadınla kişi arasında heç bir
fərq qoyulmur. Bu barədə Quranda çoxlu ayələr mövcuddur.
Bu ayələrin bəzilərində bu məzmun gözə dəyir: “Hər kəs –
istər qadın olsun, istərsə də kişi, imanlı olduğu halda saleh
əməl görərsə, pak-pakizə həyata malik olar, behiştə daxil
olar və Allahın dərgahına yaxınlaşar.”
2
Quranda kişi “ata” və qadın “ana” ünvanı ilə daim bir
yerdə zikr olunmuşdur. Övladlara da vəzifə verilmişdir ki, ata-
anaya ehtiram qoysunlar, onlara heç vaxt, hətta müşrik olsalar
belə, hörmətsizlik etməsinlər. Onların şirkə dair tövsiyələrini
qəbul etmək olmaz, amma eyni halda onlarla gözəl rəftar
edilməlidir. Ata və ana hər yerdə eyni səviyyədə və bir yerdə
təriflənmişdir.
Qadın və kişi barəsində yüksək insani dəyərlərlə əlaqədar
aşağıdakı halları qeyd edirik: “Müsəlman kişilər və
müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar,
itaət edən kişilər və itaət edən qadınlar, doğru danışan
kişilər və doğru danışan qadınlar, səbir edən kişilər və
səbir edən qadınlar, təvazökar kişilər və təvazökar
qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar...”
3
1 . Quran: Nisa surəsi, ayə: 1
2 . Quran: Nəhl surəsi, ayə: 97
3 . Quran: “Əhqaf” surəsi, ayə: 150