Page 75 - Islamic Studies 06
P. 75

Qadının zərafəti, qadının gücü./74

                     Kişi bəzi xüsusiyyətlərdə və bacarıqlarda qadından üstün
               olsa da, qadın da bəzi sifətlərdə kişidən güclüdür. Deməli, heç
               biri mütləq şəkildə güclü və ya zəif deyildir və ümumiyyətlə,

               bu cəhətdən qadınla kişi arasında müqayisə aparmaq düzgün
               deyildir.  Çünki  atanın  ailənin  məişət  xərclərini  təmin  etmək
               məsuliyyəti olduğundan qadınla müqayisədə daha artıq fiziki
               qüvvəyə  malikdir.  Qadın  da  ana  ünvanı  ilə  övladın  tərbiyə

               edilib böyüdülməsi məsuliyyətini öhdəsinə aldığına görə kişi
               ilə  müqayisədə  daha  artıq  ülvi  duyğulara  və  emosional
               xislətlərə malik olmalıdır. Bu da elə “hər şeyi öz yerində qərar
               vermək” dən ibarət olan ədalətdir.

                   Amma  qadının  öhdəsinə  qoyulan  vəzifələrə  və  təbiətinin
               tələbinə  görə  Allah-Taala  onun  vücudunda  elə  incəliklər  və
               zəif cəhətlər qoymuşdur ki, öz məsuliyyətlərini yerinə yetirə
               bilsin.

                   Qeyd  olunanlara  diqqət  yetirməklə  əgər  bir  şəxs  bu  iki
               varlıq  arasında  müqayisə  aparmaq  istəsə,  belə  nəticəyə
               çatacaqdır ki, kişi ilə müqayisədə qadın daha artıq incəliyə və
               zəifliyə malikdir.
   70   71   72   73   74   75   76   77   78   79   80