Page 72 - Islamic Studies 06
P. 72
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /71
Qurani-Kərim elə qadınların adını çəkir ki, Allah
tərəfindən xüsusi mərhəmətə layiq görülmüş, rübubi
məqamdan vəhyin nazil olduğu yer olmuş, mələklər onlarla
danışmışdır. Bu qadınlar Allah yolunda iman və müqavimətin
nümunəsi kimi qeyd edilmişlər. Burada həzrət Məryəm (ə),
Musanın anası və Fironun həyat yoldaşının 1 adını qeyd edən
ayələri göstərmək olar: “Pərvərdigarı onu (Məryəmi) gözəl
şəkildə qəbul etdi, onu gözəl tərbiyələndirdi və Zəkəriyyəni
onun kəfili (başçısı) qərar verdi. Zəkəriyyə hər vaxt
məbəddə onun yanına gəlirdisə, Məryəmin yanında xüsusi
meyvələrin olduğunu görüb soruşurdu: “Bunlar haradan
gəlmişdir?” O deyirdi: “Bunlar Allahın yanından
2
gəlmişlər, Allah istədiyi şəxslərə hesabsız ruzi verir.”
Sonra buyurur: “Mələklər dedilər: (Ey Məryəm!) Allah
səni seçmiş, paklamış və (sənin dövründəki qadınlardan)
3
seçib üstün etmişdir.”
2. İncə və zəif mənalarının nisbi olması
Qeyd etmək lazımdır ki, incə və zəif kəlmələri heç vaxt
biri digərini lazım tutmur. Yəni elə də deyildir ki, bu ikisindən
biri harada olsa digəri də onunla yanaşı olsun. Bəzən bir varlıq
kobud və zəif, bəzən isə bunun əksinə olaraq incə və güclü ola
bilər. Onların bir varlıqda cəm olması da mümkündür, yəni bir
varlıq eyni zamanda həm incə, həm də zəif ola bilər.
1 . Quran: Təhrim surəsi, ayə: 11: “Allah möminlər üçün Fironun həyat yoldaşını
məsəl çəkir, o zaman ki, demişdi: “Pərvərdigara! Öz yanında, behiştdə mənim
üçün bir ev düzəlt və məni Fironun özündən və onun işlərindən xilas et, mənə
zalım qruplardan nicat ver!”
2 . Quran: Ali-İmran surəsi, ayə: 37
3 . Quran: Ali-İmran surəsi, ayə: 42