Page 91 - Islamic Studies 06
P. 91

Evlilikdə hədəf və ölçülər /90

               Evlənmək  və  ailə  qurmaq  niyyətində  olan  bir  şəxs  Allaha

               sığınmalı, iki rükət namaz qılmalı, Allaha həmd-səna etdikdən
               sonra  belə  dua  etməlidir:  “İlahi, evlənməyə  və  ailə  qurmağa
               qərar vermişəm. Bədən və əxlaq baxımından ən yaxşısı olan,

               iffətini gözləyən, öz ləyaqətini və malımı qoruyan bir xanım
               nəsib  et.  Ruzi  baxımından  geniş  ruzili,  bərəkət  baxımından
               daha bərəkətli olsun. İlahi, ondan mənə elə pak övlad yetir ki,

               həyatım  boyunca  və  ölümümdən  sonra  layiqli  davamçım
                       1
               olsun”.

                   Məsumların  (ə)  belə  bir  duaya  tövsiyələri  həyat  yoldaşı
               seçimi mərhələsinin o qədər də sadə olmadığını, bunun yaxşı
               aparılması  və  səmərəli  bir  ailənin  təməlinin  qoyulması  üçün

               Uca  Allahın  köməyinə  ehtiyac  olduğunu  göstərir.  Habelə
               gəncin  diqqətini  həyat  yoldaşı  seçimində  hərtərəfli  olmağın
               vacibliyinə  də  yönəldir.  Belə  ki,  fərdin  dünya  və  axirət
               xoşbəxtliyinə  zəmin  yaranması  üçün  bu  prosesin  maddi  və

               mənəvi cəhətləri nəzərə alınmalıdır.

                   İslam təlimlərində optimal seçim üçün lazım olan praktiki

               məsləhətlərin ən vaciblərinə işarə edilmişdir. Həyat yoldaşını
               seçərkən  nəzərə  alınmalı  olan  meyarlar  və  xüsusiyyətlər  iki
               qisimdir:


                   a)  Xoşbəxt həyatın və səmərəli ailənin sütunlarından olan,

               habelə  mütləq,  zəruri  və  toxunulmaz  şərt  kimi  qəbul  edilən






               1  Məclisi, 2001.
   86   87   88   89   90   91   92   93   94   95   96