Page 93 - Islamic Studies 06
P. 93

Evlilikdə hədəf və ölçülər /92

               Optimal həyat yoldaşının meyarları
                   Meyarlar məcmusu zehinə ideal həyat yoldaşı və səmərəli

               ailənin  təsvirinin  verilməsində,  habelə  xarici  aləmdə  ailənin
               formalaşmasına  praktiki  təsirində,  müxtəlif  cəmiyyətlərdə
               səmərəli  ailənin  formalaşması  üçün  ümumi  göstərici  sayıla

               bilər. Buna görə, fərdlərin və alt mədəniyyətlərin ümumi İslam
               mədəniyyəti  daxilində  bu  meyarlara  diqqəti  səmərəli  ailəyə
               doğru yönəlməkdə təsirli bir bələdçi və ailənin səmərəliliyinə

               zəmanətçi  ola  bilər.  İslam  təlimləri  optimal  həyat  yoldaşı
               seçmində  bir  sıra  meyarlar  təqdim  edir.  Burada  onların  ən
               vaciblərinə işarə edilir:


                  1.  İman və doğru inanclar
                         1
                   İman   və  dini  inanclar  əsas  və  mehvər  görüş  olaraq,
               birbaşa  və  dolayı  şəkildə  fərdin  şəxsiyyətinin  bütün
               boyutlarına; həyatın hədəfi, yaşamın sosial, mədəni və iqtisadi
               aspektlərinə,  habelə  fərdin  həyatındakı  iş,  evlilik,  təhsil  və
               hətta  əyləncələr,  maraqlar  və  davranış  tərcihləri  kimi  daha

               xırda cəhətlərinə təsirlidir (Azərbaycani, 2003). Bu səbəbdən,
               iman  və  düzgün  dini  inanclar  optimal  həyat  yoldaşının  ən
               vacib  və  təməl  xüsusiyyətlərindən  sayılır.  Bu  xüsusiyyət

                       2
               mütləq  və dəyişməz bir meyardır və hər şəraitdə, zamanda və

               1   İman,  nəfsin  qəbul  etdiyi  şeyin  xüsusi  qəbul  edilməsidir;  nəfsin  onun  bərabərində
               idrakın və təsirlərinin tələbinə təslim olmasına bais olan qəbul. Bu təslim və qəbulun
               əlaməti insanın digər qüvvələrinin və əzalarının onun ehtiyacını qəbul etməsi və nəfsin
               özü  kimi  ona  təslim  olmasıdır.  Bu  iman  Allaha  aid  edilərsə,  "Allaha  iman"  deyirlər.
               Qəlbdə  inanmaq  və  saleh  əməllər  etməklə  eynilik  daşıyan  Allaha  iman,  möminin
               ruhunda  başqa  xüsusiyyətlər  yaradır  və  imanın  güclü  və  zəif  olması  əsasən,
               xüsusiyyətlər də güclənir və ya zəifləyir. Bu xüsusiyyətlər fərdi və ictimai, maddi və
               mənəvi həyatda insan davranışlarının təyinedicisidir (Təbatəbayi, 2001).
               2  Nur, ayə 26: ... eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara
               layiqdirlər.
   88   89   90   91   92   93   94   95   96   97   98