Page 94 - Islamic Studies 06
P. 94

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /93

               məkanda lazımdır. Odur ki, fərd  münasib həddə imana və dini

               inanclara sahib olmadığı təqdirdə, bu, evlənmək üçün optimal
               seçim deyil və şəraitin yoxluğu kimi qəbul edilir.


                                                        1
                   Bəqərə surəsinin 221-ci ayəsinə  əsasən, imansız fərdlərlə
               evlilik,  insanı  axirət  səadətindən  məhrum  edir  və  belə  bir
               evlilik baş verməməlidir.


                   Uca  Allah  bu  ayədə  buyurur:  “Müşrik  qadınlar  iman
               gətirməyincə  onlarla  evlənməyin.  Əlbəttə,  iman  gətirmiş  bir

               kəniz, sizi  heyran  edən  müşrik  bir  qadından  daha  xeyirlidir.
               Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə
               verməyin.  Əlbəttə,  iman  gətirmiş  bir  kölə,  sizi  heyran  edən
               müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah

               isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir.. ”.
                                                                            2
                   Bu ayənin məzmununa və təfsirinə, habelə məsumların (ə)

                            3
               hədislərinə  görə evlilik və həyat yoldaşı seçimində iman şərti
               mütləqdir. Nəzərdə tutulan şəxs bütün arzu olunan və müsbət
               xüsusiyyətlərə sahib olmasına rəğmən, imanı yoxdursa, şərt də

               yoxdur  və  onunla  evlənmək  olmaz.  Dinə  sadiq  qalmayan
               birinin,  həyat  yoldaşının  hüquqlarına  və  müştərək  yaşamın
               tələblərinə  riayət  edəcəyinə  zəmanət  yoxdur,  bu  xüsusiyyət
               təkcə İslam dininə xas deyil, bütün dünyada dini inanclar həyat

               yoldaşı seçimində vacib amillərdən biridir. Belə ki, Yəhudilər
               arasındakı  evliliyin  98%-dən  çoxu,  Katoliklər  arasındakı


                                                                              ْ
               1  Bəqərə, ayə 221: (   َ لَ َ و ۗ ْمُكْتَبَجْع َ أ  ْ وَل َ و ٍةَك  ِ رْشُم ْنِم  ٌ رْيَخ  ٌ ةنِمْؤُم  ٌ ة َ م َ َ لَ َ و ۚ َّن  ِمْؤُي  ٰ ىَّتَح ِتاَك ِ رْشُملا اوُحِكْنَت   َ لَ َ و
                                                        َ
                                                                                 ْ
                                      ٰ ُ
                         ۖ
                 ىَل ِ إ وُعْدَي ُ َّ اللَ َ و   ِ راَّنلا ى   َل ِ إ َنوُعْدَي َكِئَلوأ ۗ ْمُكَبَجْع َ أ  ْ ول َ     َ و   ٍك ِ رْشُم ْنِم  ٌ رْيَخ ٌنِمؤم    ْ ُ    ٌدْب َ عَل َ و  اوُنِمْؤُي   ٰ ىَّتَح َني   ِك ِ رْشُملا اوُحِكْنُت
                                                                   ۚ
                                           ْ
                 َنو ُ رَّكَذَتَي ْمُه َّ ل َ عَل  ِ ساَّنلِل ِهِتاَيآ ُن    ِيَبُي َ و  ِهِن ْ ذ ِ إِب ِة َ رِفْغ َ ملا َ و ِةَّنج ْ   لا َ ).
                                    ۖ
               2  Bəqərə, ayə 221.
               3  Hürr Amuli, Vəsail əş-şiə, c. 14, s. 31, (نیدلا تاذب مکی ی).
   89   90   91   92   93   94   95   96   97   98   99