Page 279 - Pure Life 13
P. 279
İslamda Siyasət və Idarəetmə /333
Zorakılıq və işğal nəzəriyyəsinin nümayəndəsi Polyak
Lüdviq Qumploviçdir (1838-1909). “İrqlərin mübarizəsi”
əsərində Qumploviç göstəriri ki, insanların bir-birinə
əbədi nifrəti tayfalar, qəbilələr və xalqlar arasında
münasibətləri müəyyənləşdirən ilkin amildir. Dövlətin
inkişafı prossesi onun ərazisinin inkişafına adekvat
olduğundan, bu dövlətlərin və xalqların daimi münaqişəyə
girməsinə, toqquşmasına, müharibələrə səbəb olur.
1864-1920-ci illərdə yaşamış sosioloq və politoloq
Maks Veberin siyasi iseyaları 1927-ci ildə çapdan çıxmış
“İqtisadi cəmiyyət” əsərlərində şərh edilmişdir.
Veber hökmranlıq və hakimiyyət anlayışlarını
fərqləndirirərək hakimiyyətin gücə əsaslandığını deyir. O,
hakimiyyətin üç tipini misal gətirir: ənənəvi, harizmalı,
rasional-leqal.
ABŞ-ın siyasi məktəbinin nümayəndələri: Çarlz
Marriam (1874-1953) və Hans Morgentau (1904-1980)
praqmatizmin və siyasi realizmin baniləri hesab edilir.
Kapitalizm və Sosializm
Vahid postindustrial cəmiyyətdə birləşirlər. Kapitalizmdə
qərarlaşan dövlət tənzimləməsi (sosiallaşma prossesi)
bazar istixiyasının qarşısını alacaqdır. Sosializm isə
liberallaşacaq, nəticədə vahid sistem yaranacaq, dövlətə
menecerlər rəhbərlik edəcəklər.
İki sistem arasında əskiklik aradan qalxdığına görə
sosial inqilab problemi yox olur.