Page 280 - Pure Life 13
P. 280
332 / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
2. Dövlət sinfi ziddiyyətlərin barışığı məhsuludur və
iqtisadi cəhətdən hakim mövqe tutan siniflərə
xidmət edir. Dövlətin meydana gəlməsi xüsusi
mülkiyyətin və siniflərin yaranması ilə əlaqədardır.
3. İqtisadi cəhətdən hökmranlıq edən sinif cəmiyyətin
siyasi və ideoloji sferaları üzərində də hökmranlıq
mövqelərini öz əlində saxlayır. İstehsal münasibətinə
malik olan sinif mülkiyyətdəm məhrum olan sinif
üzərində ağalıq edir.
4. İnsanların siyasi şüuru, dünyagörüşü, baxışları
onların cəlb olunduğu ictimai münasibətlərə əsasən
formalaşır.
5. Siniflərin ictimai mövqeyinin dərk edilməsi onların
siyasi davranışının müəyyənedici amilidir. Hər bir
siyasi liderin, ictimai qrupun siyasi fəaliyyətinin
əsasında onun daxil olduğu sinfin mənafeyinin
müdafiə edilməsi tələbatı durur. 19-cu əsrin sonları
siyasi fikir tarixində bir sıra maraqlı ideyaların
meydana gəlməsilə əlamətdardır. Bunlar
aşağıdakılardır: Sosial darvinizm, zorakılıq və elita
nəzəriyyələri.
İlk Sosial Darvinist
1869-cu ildə yazılan “Fizika və Siyasət” əsərinin müəllifi
ingilis alimi Valter Bagehot (1826-1877) olmuşdur. Onun
fikrincə bəşəriyyətin siyasi tarixinin üç mərhələsi: a)
ənənələri maydana gəlməsi, b) dövlətin və xalqların
meydana gəlməsi mənbəyi kimi zorakılıq (işğal), c)
sivilizasiya yaşayış və güclülərin zəifləri işğal etməsi
uğrunda mübarizədə pis ənənələrin yaxşı ənənələr
tərəfindən aradan qaldırılması mərhələləridir.