Page 278 - Pure Life 13
P. 278
334 / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Faşizim
Faşist siyasi ideologiyasının tərkib hissəsidir: rasizm,
şovinizm və millətçilik, coğrafi siyasət, totalitar dövlət
konsepsiyası, antidemokratizm, hüquqi nihilizm, elitarlıq
və rəhbərin hakimiyyəti. Faşist diktaturasının əsas aləti
terrorçu totalitar dövlətdir. Faşist ideologiyasında Nitşenin
fövqəl-insan və elita nəzəriyyəsi birləşmişdir. “Müharibə
labüddür”, “Demokratiya iflasa uğramış dövlətdir”,
“Dövlət xalqların ölümüdür” və s.
“Texnokratiya Doktrinası”
Amerikalı Veblenin adı ilə bağlıdır (1857-1929).
“Mühəndislər və qiymətlər sistemi” kitabında (1921) o,
hakimiyyəti sənaye sistemin Baş Qərargahı olan
“texniklərə” verməyi tələb edirdi. 1941-ci ildə C.
Bernhem “Menecerlər inqilabı” əsərində iddia edirdi ki,
müasir dünyanın bir sıra dövlətlərində texnokratiya
reallığa çevrilmişdir. Gələcəkdə planetimizdə texnokrat
direktorlar komitəsi başda olmaqla vahid texnokratik
dövlət yaranacaqdır.
“Ümumi Rifah Dövləti” Nəzəriyyəsi
azad rəqabət dövründə burjua dövlətlərinin vəzifəsi
kapitalist təsərrüfatını qorumaqdan ibarət idi. Bu, “gecə
gözətçisi dövləti” siyasətidir.
Hind xalqının böyük oğlu Mohandas Karamçand Qandi
(1869-1948) dünya siyasi fikrinə böyük təsir göstərmişdir.
O, Hindistan Milli Konqres Partiyasının lideri olmuşdur.
Hind xalqının ingilis müstəmləkə zülmünə qarşı Azadlıq
Mübarizəsinin rəhbəri idi. Onun siyasi konsepsiyalarının
kökləri dini-əxlaqi postulatlara gedib çıxırdı. Həqiqəti
Allahla eyniləşdirirdi. İnduizm-həqiqətin axtarıb
tapılmasına xidmət edirdi.