Page 282 - Pure Life 13
P. 282
330 / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Yeni xalqlarda mülki azadlıq ön plana çıxır. Onun
mənası şəxsi həyatın siyasi hakimiyyətdən müstəqil
olmasındadır və o, bir sıra şəxsi hüquqları birləşdirir.
O, qədim xalqların azadlığından yeni xalqların
azadlığına keçməyin üç başlıca səbəbini qeyd edir:
- onların döyüşkənliyindən fərqli olaraq yeni
xalqların sülhsevər və kommersiya xarakteri.
- köləliyin ləğvi və əməyə münasibətin
dəyişməsi.
- qədim dövlətlərin ərazisinin böyük olmaması,
azad əhalinin azlıq təşkil etməsi bilavasitə
demokratiyanı həyata keçirməyə imkan verirdi
və ali hakimiyyət meydanlarda yaradılırdı.
Müasir tarix azadlığa doğru hərəkətdən ibarətdir,
yəni xalqlarda azadlığın özəyi şəxsi hüquqlardır.
Siyasi azadlıq isə mülki azadlığı həyata keçirmək
üçün vasitə kimi çıxış edir. Parlametdə cəmlənmiş
ictimai rəyin gücü, hakimiyyətin bölünməsi və
tarazlığı bu zaman hakimiyyətdən sui-istifadə
ələyhinə təminat kimi çıxış edir.
H. Spenser (1820-1903) “Dövlətin üzvi
nəzəriyyəsi” əsərində deyir ki, hər bir canlı orqanizm
kimi “siyasi aqreqat”, “siyasi cəmiyyət” elə bir
orqanizmdir ki, onun ayrı-ayrı hissələri arasındakı
münasibətlər canlı orqanizmləri xatırladır. Dövlət də
doğulur, çoxalır, qocalır və ölür.