Page 283 - Pure Life 13
P. 283

İslamda Siyasət və Idarəetmə  /329

                   Hər  üç  idarə  formasının  çatışmamazlığını  aradan

               qaldırmaq, qarışıq dövlət yaratmaq yaxşıdır.
                     Roma İmperiyasının yoxsul kütlələrinin manafeyinin
               ifadəsi    kimi    meydana     gələn    xristianlığın   siyasi

               ideologiyası     esxatoloji    (esxatos    yunanca      “son”,
               “sonuncu”)  və  messian  (messiya  yunanca  “məsih”-
               xilaskar)  xarakter  daşımışdı.  Bəşəriyyətin  xilası  İsa
               peyğəmbərin ikinci dəfə zühuruna əsaslanır.


               19-20-ci əsrlərin Siyasi İdeyaları
               Fransa  burjua  inqilabı  siyasi  fikirə  güclü  təkan  verdi.
               Siyasi  liberalizmin  ideya  əsasları,  Bentamen  Konstan  və
               Herbert Spenser əsərlərində əksini tapmışdır.
                  B. Konstan (1767-1830) “Konstitusiya siyasətin kursu”
               əsərinin  müəllifidir.  Burjua  hüququ  və  azadlıqlarını
               müdafiə  edib  feodalizmi  tənqid  edirid.  Zəhmətkeşlərin
               radikalizminin əleyhinə çıxırdı.
                  Konstanın diqqət mərkəzində duran problemlərdən biri
               şəxsiyyət  və  dövlətin  nibəti  idi.  Konstana  görə  insana
               azadlıq xasdır. Buradan da vətəndaşların əsaslı hüquqları
               irəli  gəlir.  O,  mülkü  (şəxsi)  və  siyasi  azadlıqları  bir-
               birindən  ayırır.  Qədim  xalqlar  (Yunan  və  Roma)  ancaq
               siyasi azadlığa malik olmuşlar.
                  Onların      azadlığının     mənası      kütləvi      siyasi
               hakimiyyətdən  ibarət  olmuşdur,  şəxsi  azadlığın  isə  nə
               olduğunu bilməmişlər, çünki din, mülkiyyət, təsərrüfat və
               s. dövlət tərəfindən çərçivəyə salınmışdır.
   278   279   280   281   282   283   284   285   286   287   288