Page 303 - Pure Life 13
P. 303

Dinlərin Dialoqu, Məzhəblərin Dostluğu və Virtual Aləmdəki Fürsətlər /309

                      İlkin  olaraq  Ali  -İmran  surəsinin  103-cü  ayəsini
                      qeyd  edərək  “i'təsəmə”  kərimini  klassik  lüğət
                      alimlərinin qeyd etdiyi mənaları göstərmiş və təfsir
                      alimlərinin fikirlərinidə qeyd etmişik.
                  İslam məzhəb alimlərinin müxtəlifliyin əlehinə olduğunu
               öz  kəlimələri  ilə  sübüt  etmişik.  Həmçinin  virtual  aləmin
               dövrümüzün  reallıqlarından  biri  olmasına,  dinlər  və
               məzhəblərin dostluğ bağlarının möhkəmlənməsi üçün gözəl
               bir fürsət olduğunu qeyd etmişəm.
                  İ'təsamu-nun  etimoloji  olaraq  yapışmaq,  tutmaq,
               sığınmaq,     dirənmək,     özünü     günaha     girməsindən
               uzaqlaşdırmaq  kimi  mənalar  qeyd  edimişdir.  Rağib
               İsfahani  “Əlmufradat”-ında  bağlılıq  və  sədaqət  kimi
               mənalar qeyd etmişdir.
                  Xəlil  Əhməd  Fərahidi  “Kitabul  Eyn”-ində  isə  bu
               kəlimənin antonimi olan qəbul etməmək, tanımamaq, qarşı
               çıxmaq kimi mənalarını qeyd etmişdir.
                  Allahin  iman  əhlinə  xas  olan  bir  simaricini  bu  ayədə
               görmək  mümkündür.  Lüğəti  mənalarına  diqqət  etdiyimiz
               zaman  burada  bir  ipdən  yapışmağın  təkid  edildiyini
               görmək olar.
                  Burada  söhbət  hansı  ipdən,  ip  deyildiyi  zaman  nə  vəya
               kimlər nə- zərdə tutulur, nə üçün yapışmalı və nə üçün bu
               göstəriş və təkid məxsusən iman əhlinə şamil olunur?
                  İp-insanların bir araya toplanmasından ötrü məcazi bir
               mənadır. Amma həqiqi mənaya gəlincə Əllamə Təbatəbai
               “Əl-mizanında”  ipin  Allah  və  Onun  rəsulundan  ibarət
               olduğunu qeyd edir.
                  Yəni  Quran  və  Peyğəmbərin  s.  sünnəsi.  İnsanlığın
               səadəti və ya səadətə aparan yol Quran və Rəsulallahın s.
               sünnəsidir.
   298   299   300   301   302   303   304   305   306   307   308