Page 300 - Pure Life 13
P. 300
312 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
İslamın yayıldığı bir dönəmdə, qeyri müsəlmanlarla
yəni məsihi, xristian və axır inancların ardıcıllarına
əminlikdə yaşaması üçün zəmin yaratdı. Bu məsələyə
İslamın nəqədər əhəmiyyət verdiyinə və qoyduğu dərin
izə, İsalam Peyğəmbərinin ə. rehlətindən sonra xəlifələrin
fəthlər zamanı qeyri müsəlmanlarla olan rəftarları- nda
görə bilərik.
Həsən Səffar “İslamda etiqad və vicdan azadlığı”
əsərində qeyd edir:
“Tarix bizə nəql edir ki, xəlifə Ömər Babilyon
qalasını tutduqdan sonra kitab əhlinə kilsələrinin
qorunması ilə bağlı öz əli ilə saziş yazır və onları
kilsədən çıxarmağa məcbur edən hər bir müsəlmanı
lənətləyir. Patriarx Benyaminə toxunulmazlığı
haqda məktub yazaraq onu on üç illik fasilədən
sonra oz vəzifəsinə qaytarir və təntənəli şəkildə
qarşılanmasını əmr edir.
Patriarx İsgəndəriyyədən keçəndə Ömərlə
qarşılaşərkən ona öz minnətdarlığını bildirir və
kilsənin qorunması ilə-bağlı bir sıra təkliflər
irəli sürür.”
Yenə qeyd edir:
Abbasi xəlifəsi Mötəsimin ordu başçılarından biri,
məcusi məbədinin sökülməsində əlbir olaraq
daşlarından onun yerində tikiləcək məscidin
inşasında istifadə etdiklərinə görə imam camaatın
və müəzzinin şallaqlanmasına əmr etmişdir.
İslamın, qeyri müsəlmanların ayinlərinə olan
toxunulmazlığınıda görmək olar. Şeyx Kuleyni
Abdullah ibn Sinanın belə dediyini nəql edir.