Page 301 - Pure Life 13
P. 301
Dinlərin Dialoqu, Məzhəblərin Dostluğu və Virtual Aləmdəki Fürsətlər /311
ABŞ və Fransa inqilablarındakı qəhraman
mübarizəsinin bəhrəsidir. Və bu haqlar BMT-nin
1945-ci il qətnaməsi, 1948-ci il insan Haqları
Beynəlxalq Bəyannaməsi və1996-cı il
Dövlətlərarası Razılaşma Konvensiyası əsasında
beynəlmiləl xarakter kəsb edib.”
Yenə qeyd edir:
Həqiqət isə budur ki, başlıca insan haqları
epistemoloji və onoloji baxımdan vicdan və xeyir
məsələsidir. Bu haqlar insanın etik təbiəti ilə
əlaqəlidir.
Onlar yazılı qanunlardan, hakimiyyətdən qabaq da
mövcud olmuşdur. Yəni, hüquqlar əşyaların
təbiətindən, insanın fitrətindən, vicdanın səsindən
doğmuşdur.
Adəmin ə. övladlarının qissəsində bunu açıq-aşkar
görürük. Habil fitrətən dərk etmişdir ki, həyatda olmaq,
yaşamaq onun müqəddəs haqqıdır, buna müdaxilə isə
aşkar günahdır:
Mən istəyirəm ki, sən(məni öldürməklə)mənim də
günahımı öz günahınla birlikdə üstünə götürəsən və
beləliklə də, Cəhənnəm sakinlərindən olasan.
Zalımların cəzası budur!-əl-Maidə-29.
İslamın ilkin dövürlərində ərəb qəbilələri arasındakı
hərc-mərclik, iki böyük qəbilələr arasında olan qanlı
toqquşmalar mövcud idi.
İslam Peyğəmbərinin s. zühüründan sonra qəbilə
ixtilaflarına son qoyaraq, ictimai asayişi bərpa etdi.