Page 302 - Pure Life 13
P. 302

310 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                  Tarix  boyu  insanlar  və  ya  hər  hansısa  cəmiyyətlər
                 ixtilaflar  ucbatından  bir  birlərinə  düşmən  kəsilərək  kifayət
               qədər  qanlar  axıdıb,  şəhərlər  viran  qoyub  və  qoymaqda
               dırlar.  Bu  ixtilaflara  son  qoyulmasından  ötrü,  insanların
               hüqüqlarının  bərpa  edilməsindən  ötrü,  haq  və  ədalətin  öz
               yerini  tapmasından  ötrü  Allah-Taala  daim  öz  elçilərini
               göndərmiş,  onlar  da  öz  növbələrində  məzlumlara  yaradım
               əllərini  uzadıb,  ixtilaf  bağlarını  qırıb,  insanları  bir  bayraq
               altında  cəm  edib,  haqsızlığa  qarşı  mübarizə  səsləmişlər.
               İman  əhlinin  ixtılaflara  son  qoymasında,  haqsızlıqla
               mübarizədə,        istər      peyğəmbərlərin,         istərsədə
               peyğəmbərlərdən sonra ki dövrlərdə də müstəsna rolu vardır.
                  Çünki  Allah-Taalanin  iman  əhlinə  Qurani  Kərimdə
               xüsusi bir müraciəti yer almaqdadır:
                      “Ey  iman  gətirənlər!  İlahi  təqvaya  layiqli  şəkildə
                      Allahdan çəkinin və yalnız müsəlman olaraq ölün”.


                  Ali  İmran  102  Qədim  xalqlarda  ixtilaflardan  bezarlıq
               edərək ictimai vəfdətə doğru səylər etmiş və bunu özlərinə
               iftixar bilmişlər. İmam Əli ə. Buyurur:
                      “Keçən       ümmətlərin       izzətinin,    iftixarının,
                      xöşbəxtliyinin  ən  böyük  amilinin  birlik  və  ittifaq,
                      məğlubiyyətlərinin  zillətlərinin,  süqutlarının  ən
                      üstün amilinin isə təfriqə və ayrılıq olmasıdır”.

                  İraqlı  hüqüqşünas  Məhəmməd  Əhməd  Şərif  "İslama
               yeni baxış" əsərində qeyd edir:
                      “Bəzilıri  iddia  edir  ki,  insan  haqları  Qərb  sosial
                      süurunun  səmərəsi  olub  Qərbli  müəlliflərin
                      yaradıcılıq nailiyyətidir.
   297   298   299   300   301   302   303   304   305   306   307