Page 304 - Pure Life 13
P. 304
308 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Quran-kərim buyurur: “İnsan çalışdığından artıq heç bir mükafat
1
almayacaq. Amma,öz səylərinin mükafatını tezliklə alacaq.”
Qurani-kərimin buyurduğu kimi iman və ağıl sahibi bu yolda
var gücünü səfərbər edərk ədaləti meyarını pozmayacaq.
Necəki, Musa Sədr bu ayənin təfsirində qeyd edir: "Bu meyar,
ədalət mövzusunda da sübut olunub. İslama görə ədalətin olma-
sı, imanın olmasına bərabərdir. Ədalətin həyata keçməsi üşün
səy göstərilməyəndə isə imanın heç bir dəyəri yoxdur. İslam
dini, həyatın reallıqlarına əməl etmək dinidir, xəyal və təsəvvür
aləminə insanları dəvət etmək, onlara xurafatla yol göstərmək
dini deyildir. Hər bir İman və ağıl sahibi firud dinin şərtlərindən
sayılan "Əmr be məruf və nəhy əz münkər" prinsipinə riayət
etməlidir. Bunun ən gözəl və hamıya xitab edən rahat yolu isə
VİRTUAL TƏHSİL-dir.
Açar Sözlər: Dinlərin Dialoqu, Məzhəblərin Dialoqu,
Dostluğu, Virtual Aləmdəki
Giriş
Dünyanı cənginə almış, milyonlarla dinc insanların qanını
axıtmış, yurdların və obaların didərgin salmış qlobal
məsələlərdən ən başlıca səbəblərdən sayılan
müxtəliflilikdir.
Yersiz təsübkeşlilik insanlar arasında, rəng, millət, din,
məzhəb və cins kimi müxtəlifliy qabardılaraq cəmiyətlər
arasında bağların qırılmasına, ictimai asayişin
pozulmasına, düşmənçilik tumlarının səpilməsinə gətirib
çıxardır.
Bizlər məqalımizdə dinlərin və məzhəblərin dostluğ və
qardaşlığ bağlarının mövcudluğuna, Peyğəmbərlırin ilkin
misiyalarından biri olduğuna, məxsusən İsalamın bu
mövzuya necə əhəmiyyət verdiyinə toxunmuşuq.
1. Nəcm/ 40-41.