Page 299 - Pure Life 13
P. 299
Dinlərin Dialoqu, Məzhəblərin Dostluğu və Virtual Aləmdəki Fürsətlər /313
Bir nəfər İmam Baqirin ə. yanında bir məcusini təhqir
edir. İmam Baqir ə. ona deyir: “Sus!” Həmin şəxs İmama:
“O öz ana və bacısı ilə evlənib, deyincə İmam
buyurur:Bu onların dinində evlilik sayılır.”
Həmçinin Məhəmməd ibn Müslim İmam Baqirdən ə.
belə nəql edir:
“Ondan (imamdan) hökmlər haqda soruşdum. O
belə buyurdu:(Hər hansı) bir dinə mənsub olanların
halal bildikləri (onlar üçün) caizdir.”
Həmçinin qeyri müsəlman alimlərin, islamın tolerant və
insan hüqüqlarına ciddi riyayət edən bir din kimi tanımış
və öz əsərlərində də qeyd etmişlər. Adam Mets deyir:
“İslam dövlətinin ərazisindəki kilsə və sinaqoqlar
sanki hökümətin idarəçiliyindən kənar bir qurum
idi və sanki razılaşma əsasında onlara hüqüq verən
dövlətin bir hissəsini təşkil etmirdi.”
Yəhudi və xristianların mü-səlmanlarla qonşu yaşaması
təbii zərurət idi. Bu isə Avropanın hələ orta əsrlərdə də
anlamadığı tolerantlıq ab-havasının yaranmasına kömək
edirdi. Əl-əxbad ən-nəsraniyyə əsərində patriarx
kürsüsünə sahib olan İşuyava deyir:
“Allah -taalanın bütün dünyanı ələ keçirməyə güc
verdiyi ərəblər bizimlə bildiyiniz kimi rəftar
edirlər. Onlar xristianların düşməni deyillər.
Əksinə onlar-bizim dinimizi mədh edir,
keşişlərimizə hörmət bəsləyir.”