Page 318 - Pure Life 13
P. 318
294 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Bəzən haqqında əvvəlcədən lazımi qədər
1
tədqiqatlar aparmadığımız mövzularla rastlaşırıq.”
Dahi mutəfəkkirin qələmə aldığı bu məqalədə sözü
gedən məsələ təkcə onun yaşadığı dövrü əhatə etmir.
Çünki zəmanəzmizdə də bu mövzu aktualdır.
Düşünüərm ki, İslam aliminin bu qədər narahat olması
səbəbsiz deyil.
Bizim bir çox məsələlər haqqında məlumatsız olmağımız
bir çox məqamlarda səhv addım atmağımıza səbəb olur.
Səhv addım atmamışdan əvvəl düşünmək, düzgün qərar
vermək zənnimcə olduqca zəruridir.
Zəruri olan məqam həm də bundan ibarətdir ki , düzgün
qərar vermək, doğru seçim etmək üçün mütləqdir ki,
həyatımızda mütaliəyə geniş yer vermək, çox zaman
ayırmaq lazımdır.
Təbii ki, bura həm sərbəst mütaliə, həm orta məktəb
təhsili, həm ali məktəbdə əldaə edəcəyimiz bilik və elmi
misal gətirmək olar.
Artıq orta təhsili başa vurmağa hazırlaşan şagirdlərin
əksəriyyəti ali məktəbə qəbul haqqında düşünür və
gələcəkdə hər hansı bir peşanin sahibi və ya isxtisasın
mütəxəssisi olmağı öz qarşəsəna məqsəd qoyur. Bu çox
sevindirici haldır.
Amma bizim məqalənin mövzusu virtual təhsil olduğu
üçün biz əyani təhsil forması haqqında bir neçə cümlə
yazmaqla kifayətlənirik və bizim üçün araşdırılması zəruri
olan adı çəkilən movzunun müzakirəsinə keçid edirik.
Müasir texnologiyaların inkişafı bizə imkan verir ki,
hər yaşda, harda olmağımızdan asılı olmayaraq elmlənək
və təhsil səviyyəmizi inkişaf etdirə bilək.
1. Mürtəza Mütəhhəri, “Teizm seminarları”, kitabı Səhifə 17.